Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı yeni TVİNNİNQ layihəsi çərçivəsində görüş keçirildi
SDU-da “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı yeni TVİNNİNQ layihəsi çərçivəsində görüş keçirildi
Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyi ilə Avropa Komissiyasının birgə həyata keçirdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı yeni TVİNNİNQ layihəsi çərçivəsində avropalı və yerli ekspertlərlə görüş keçirildi.
Görüşdə xarici ekspertlərlə yanaşı,Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin böyük mütəxəssisi Tofiq Mustafayev, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, “ASAN xidmət”in ekspert nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov xarici və yerli ekspertləri salamladı, universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən təlimlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, universitetimizin Avropa İttifaqı tərəfindən maliyələşən proqramlarda iştirak etməsi artıq bir ənənənyə çevrilmişdir. Prorektor qeyd etdi ki, əsas hədəf təhsilin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı kadrlar hazırlanması, ölkənin və regionun ən yaxşı universitetlərindən biri olmaqdır. Bu baxımdan, Tvinninq layihəsi mühüm əhəmiyyət kəsb edir. Prorektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin iştirakçılarına təşəkkürünü bildirdi, əminliklə vurğuladı ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvininq layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verir.
Tədbirdə prorektor Natiq Talıbov, İnformasiya və kompüter texnikasının müdiri Qadir Mənsurov, Karyera Mərkəzinin müdiri Əmirxan İsayev, Tədris Metodik Mərkəzinin direktoru Faiq Şirinov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, Mühəndislik fakültəsinin dekanı Ulduz Ağayev çıxış edərək universitetdə“TVİNNİNQ” layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, yeni təlim texnologiyalarına yiyələnmiş professor-müəllim heyətinin işə cəlb edilməsi, universitetdə tədrislə elmi fəaliyyətin vəhdətinə diqqət yetirilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, büdcə vəsaitindən və intellektual resurslardan səmərəli istifadə, diferensial əməkhaqqı, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, təhsilin beynəlmiləşdirilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirak, tədris-təlim prosesində dəyişikliklərə nail olmağın yolları ilə bağlı görülən işlər barədə məlumat verdilər. Tədbir sual-cavab, diskusiya şəklində davam etdirildi.
Çıxışlardan sonra “Kompüter mühəndisliyi” proqramı üzrə müsahibə keçirildi, təhsil proqramının özünütəhlil qrupunun hesabatı dinlənildi.Qeyd edək ki, proqram üzrə sədr İnformasiya və kompüter texnikasının müdiri dosent Qadir Mənsurovdu.
Sonra həmin ixtisası tədris edən fənn müəllimləri və tələbələrlə görüş keçirildi. Tələbələrin rüblük və yekun işlərinin(tezislərini), imtahan materiallarını nəzərdən keçirdilər.Auditoriya, laboratoriya, mühazirə otaqları, kitabxana, digər resurslarla, Mühəndislik fakültəsində yaradılan yeni laboratoriyalar üçün alınan müasir avadanlıqlarla tanış oldular. Qeyd olundu ki, bu yeni laboratoriyalarda tələbələr Tənzimləmə texnikası, Proqramlaşdırılan məntiqi kontrollerlər,Texnolji ölçmələr, Sensor sistemləri fənlərində laboratoriya işləri vasitəsi ilə idarəetmə sistemlərinin müasir texniki avadanlıqları ilə işləmə bacarığı və praktik vərdişlər əldə edəcəklər. Bu da tələbələrin bilik və bacarıqlarının artırılmasında, onların yüksəkixtisaslı kadr kimi formalaşmasında böyük rol oynayacaq.
Daha sonra bu ixtisas üzrə təhsilini başa vurmuş məzunlarla və işəgötürənlərin nümayəndələri ilə görüş keçirildi. “Neftqazavtomat” Elm-istehsalat Müəssisəsinin nümayəndəsi Elmi katib Daməd Əliyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elm-texniki informasiya şöbəsinin rəisi İsmayıl Məstəliyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Rahib Quliyev, Gülsarə Qəhrəmanova və SDU-nun kadrlar şöbəsinin rəisi Nofəl Əhmədovla görüş və müsahibə keçirildi.Nümayəndələr qeyd etdilər ki, Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələri mövcuddur. Müqaviləyə əsasən tələblər istehsalat təcrübəsində olur, onların gələcəkdə işlı təmini ilə bağlı seçim müsahibə aparırlar.
Ekspertlərlər universitetin strateji idarəetməsi, tədris proqramları, elmi-tədqiqat fəaliyyəti, insan resursları, tələbələrlə iş, təlim resursları və tələbələrə dəstək istiqamətləri üzrə göstəriciləri yüksək qiymətləndirdilər, qeyd etdilər ki, proqram üzrə təqdim olunan hesabat təhlil xarakterlidir.Proqram üzrə təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tövsiyələrini bildirdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az