Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Mühasibat balansı” mövzusunda məharət dərsi keçirildi
“Mühasibat balansı” mövzusunda məharət dərsi keçirildi
Oktyabrın 30-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələrinə, Respublika peşəkar futbol liqasının baş mühasibi, təlimçi mühasib Xalid Cəfərov tərəfindən 713 və 717 saylı qruplarda Mühasibat uçotu fənni üzrə “Mühasibat balansı” mövzusunda məharət dərsi keçirildi.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva qonağı salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi və məharət dərslərinin ixtisas qruplarında keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, universitetimiz bir çox elm ocaqlarla yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmış alimlər, mütəxəssislər universitetimizə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev tələbələrin diqqətinə çatdırdı ki, mühasibat uçotu üzrə mütəxəssis, tanınmış təlimçi Xalid Cəfərovla görüş elmi potensialın və praktiki təcrübənin əldə edilməsində və ixtisaslı kadr kimi formalaşmada öz töhfəsini verəcək. Dosent Loğman Abdullayev tələbələrə yaradılan fürsətlərdən maksimum yararlanmağı tövsiyə etdi.
Mühasib uçotu üzrə mütəxəssis, tanınmış təlimçi Xalid Cəfərov professor, müəllim və tələbə heyətini salamladı, dəvət üçün dərin təşəkkürünü bildirdi.Təlimçi tərəfindən “Mühasibat balansı” mövzusunda məharət dərsi keçirildi. Mövzu ilə bağlı mühazirədə Xalid Cəfərov bildirdi ki, hal hazırda mühasibat balansının tərtib olunması ölkəmizdə Maliyyə hesabatının Beynəlxalq Standartlarına əsaslanaraq yerinə yetirilir. Bu da öz növbəsində mühasibat işinin təşkilində beynəlxalq normalara uyğun hesabatların hazırlanmasını təmin edir.
Sonda təlimçi tələbələrin çoxsaylı suallarını cavablandırdı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az