Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsinin tələbələri Dendrologiya İnstitutuna ekskursiya etdilər
Kimya və biologiya fakültəsinin tələbələri Dendrologiya İnstitutuna ekskursiya etdilər
Oktyabrın 26-da Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının təşəbbüsü və Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə Kimya və biologiya müəllimliyi, Biologiya ixtisaslarında təhsil alan bir qrup tələbə həmin kafedranın müəllimləri – dosentlər Xanəhməd Həsənov və Südabə Həsənovanın rəhbərliyi ilə AMEA-nın Dendrologiya İnstitutuna ekskursiya etdilər. Dendrologiya İnstitutunda gül bağçaları, elmi-tədqiqat laboratoriyaları, M.M.Muxtarovun bağ evi, elmi kitabxana, nadir rast gəlinən müxtəlif heyvanlar haqqında tələbələrə geniş məlumat verildi. Bildirildi ki, bu cür elmi-tədqiqat institutlarının müasir inkişaf səviyyəsi ölkə başçısının gənc nəslə göstərdiyi qayğının nəticəsidir.
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az