Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Fransanın paytaxtı Paris şəhərində ERASMUS Beynəlxalq akademik araşdırmalar konfransında iştirak etdilər
Əməkdaşlarımız Fransanın paytaxtı Paris şəhərində ERASMUS Beynəlxalq akademik araşdırmalar konfransında iştirak etdilər
Oktyabrın 11-dən 13-dək Fransanın paytaxtı Paris şəhərində II ERASMUS Beynəlxalq akademik araşdırmalar konfransı keçirildi.
Konfransı II ERASMUS Elmi Araşdırmalar Mərkəzinin direktoru, Latviyanın Vilnus Universitetinin professoru Lyudmila Arçimaviciene açıq elan etdi. Bundan sonra monitorda konfransda nümayəndə kimi iştirak edən dövlətlərin bayraqları canlandırıldı. Qeyd edildi ki, konfransın keçirilməsində məqsəd ümumi dildə dərs vəsaitlərinin hazırlanması, elmin müxtəlif sferalarında yeniliklərin müzakirə olunması və elmi istiqamətdə tədqiqatlar aparan alimlərin təhsil proqramına cəlb olunmasıdır.
Konfransda 7 ölkədən 40-a yaxın universitetin professor və müəllimləri çıxış etdilər. Qeyd edək ki, konfransda Sumqayıt Dövlət Universitetindən Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Suat Dərviş Xədicənin əsərlərində insan konsepsiyası (Fosforlu Cevriyyə, Ankara məhbusu əsərləri əsasında)”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Törə Məmmədova “Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” (Öğrenciler) romanı üzərində incələmə”, Pedaqogika və psixologiya kafedrasının dosenti Kamalə Salamova “Tələbələrin müəllim peşəsinə hazırlığının psixoloji səviyyəsi” mövzularında məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, konfrans 1987-ci ildən Avropa Birliyi tərəfindən təsis olunan ERASMUS layihəsi çərçivəsində keçirilir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az