Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yaşıl marafon kampaniyası davam etdirilir
Sumqayıt Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yaşıl marafon kampaniyası davam etdirilir

Ölkəmizdə Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər sırasına “yaşıllaşdırma, abadlaşdırma, quruculuq” işləri də daxildir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə respublikamızda ekoloji məsələlərin həllinə böyük diqqət göstərilirdi. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev özünəməxsus tükənməz enerji ilə sənaye və kənd təsərrüfatının dirçəldilməsi, elm və mədəniyyətin inkişaf etdirilməsi sahəsində böyük işlər görməklə yanaşı, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həll olunması, yaşayış məskənlərinin abadlaşdırılması və yaşıllaşdırılması məsələlərinə də daim diqqətlə yanaşırdı.
Ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə sayğısız münasibət göstərilməsinə qarşı barışmazlığı və qətiyyəti bu gün Prezident cənab İlham Əliyevin də fəaliyyətinin başlıca prioritetlərindəndir. Yeni yaşıllıqların salınmasını ekologiyanın qorunmasında ən mühüm amillərdən sayan dövlət başçısının “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər” haqqında sərəncamında da paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın estetik zövqlə tərtib edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
Eyni zamanda, bu ilin noyabr ayından başlayaraq ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyasına start verilmişdir. Respublikamızın hər bir güşəsində çoxlu ağac və gül kollarının əkilməsinə başlanılmışdır. “Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır, ekologiyanın qorunmasında ən mühüm amildir” devizi altında mayın 2-də Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ali təhsil ocağının ətrafında səliqə-səhman yaradaraq 500 şam ağacı, 300 həmişəyaşıl kol, 6 palma ağacı əkmiş, bəzi ərazilərə qazon qatı döşəyərək gübrə vermiş, voleybol meydançasını istifadəyə yararlı hala gətirilmiş, yaxın vaxtlarda tennis kortunun  da təhvil veriləcəyi nəzərdə tutulmuş, belə iməcliklərin bundan sonra da təşkil olunacağı iştirakçıların diqqətinə çatdırılmışdır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az