Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşlarının əməkhaqları artırıldı
SDU əməkdaşlarının əməkhaqları artırıldı
Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursda sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi ilə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası gündən-günə genişlənir və bu tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. 2019-cu ilin əvvəlindən cənab Prezident tərəfindən əməkhaqqı, pensiya və müavinətlərin artırılması, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm addımlar atılmışdır. İmzalanmış son fərman və sərəncamlar da məhz bu qəbildəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarixli Sərəncamına əsasən doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırılmışdır. Martın 1-dən tələbə təqaüdü yerlərinin sayı 16 000 vahid artırılmışdır. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir.
Sevindirici haldır ki, əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur.Yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı verilən qərarlar bu islahatların tərkib hissəsidir. Bu qərara əsasən müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılmışdır. Məhz bu yaradılan imkandan yararlanaraq, Sumqayıt Dövlət Universiteti Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq, əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə bütün əməkdaşların əməkhaqları orta hesabla 18,5 faiz artırıldı.
Onu da qeyd etmək yerinə düşər ki, cari ilin əvvəlində əməkdaşların əməkhaqları bir dəfə də artırılmışdı. Təbii ki, yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az