Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fərqliyik, bərabərik adlı tədbir keçirildi
Fərqliyik, bərabərik adlı tədbir keçirildi
Sentyabrın 24-də Sumqayıt Dövlət Universitetində Fərqliyik, bərabərik adlı tədbir keçirildi. Tədbir Avropa İttifaqinin maliyyə dəstəyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə, UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən inkluziv təhsil sahəsində icra edilən layihələr çərçivəsində həyata keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd inklüziv təhsilin vacibliyini vurğulamaq, həmçinin əlilliyi olan və olmayan uşaqların bu mühitdən bərabər şəkildə bəhrələnməsi istiqamətində maarifləndirmənin aparılmasıdır.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq tədbir iştirakçılarını salamladı və layihənin əhəmiyyətindən bəhs etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Dövlət Strategiyasında və müvafiq Tədbirlər Planında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil proqramının qəbul edilməsi ilə bağlı məsələlər də öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin digər hüquqları kimi, təhsil hüquqlarının da bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Azərbaycan da daxil olmaqla üzv dövlətlərin “Əlillərin hüquqları haqqında” Konvensiyadan irəli gələn öhdəliklərindən biri əlil şəxslərin inklüziv təhsilə cəlb olunması məsələsidir. Prorektor SDU-da inklüziv təhsil mühitinin yaradıldığını, əlilliyi olan tələbələr üçün mərkəz təşkil edildiyini və bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, universitetin inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var. Sumqayıt Dövlət Universiteti belə layihəyələrə daima dəstək verir.
UNİCEF –in İnklüziv Təhsil Proqramının milli məsləhətçisi Nigar Nəsrullayeva, Sosial Dəyişiklik üzrə Təşviqat Proqramının rəhbəri Elza İbrahimova, “Regional İnkişaf” İctimai Birliyinin Layihə rəhbəri Leyla Tağıyeva, “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil üzrə mütəxəssis Fərid Süleymanov,UNİCEF –in Sosial Dəyişiklik üzrə Təşviqat Proqramının məsləhətçisi Rigina Baxşəliyeva çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verdilər. Qeyd etdilər ki, Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən inklüziv təhsil layihələri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Layihə çərçivəsində nəzərdə tutulan əsas məsələlərdən biri də tələbələr arasında inklüziv təhsilin vacibliyinin təşviq edilməsidir. Bu məqsədlə Azərbaycanın ali təhsil müəssisələrində əllilliyi olan gənclər tərəfindən motivasiya yönümlü çıxışlar təşkil olunur. UNİCEF və Heydər Əiyev Fodnunun Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə İnkluziv Təhsil layihələri çərçivəsində İnkluziv Təhsil üzrə festivalın keçirilməsi nəzərdə tutulmuşdur. Festival çərçivəsində silsilə tədbirlər keçiriləcək. Bunlarda biri də ali təhsil müəssisələrinin tələbələri üçün əlilliyi olan şəxslərlə görüşlərini təşkil etməkdir. Bu məqsədlə sentyabrın 19-dan 24-dək dörd ali təhsil müəssisəsində əlilliyi olan bir şəxsin motivasiya yönümlü çıxışını təşkil olunacaq.
Tədbirdə çıxış edən UNİCEF-in əməkdaşı, əlilliyi olan gənc Orxan Əliyev öz həyat hekayəsini iştirakçılarla bölüşdü, inklüziv təhsildən yararlanmanın onun həyatında müsbət rol oynadığından danışdı. Orxan Əliyev əlilliyi olan gənclərin həyatda uğurunun əsas faktorlarından biri kimi ailədən gələn mənəvi dəstəyi də qeyd etdi, tələbələri maraqlandıran suallar cavablandırdı.
Tədbir İmran Lalayev tərəfindən motivasiya yönümlü təqdimatla davam etdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az