Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Linqvistik Mərkəzinin əməkdaşı Amerika Səfirliyinin təşkil etdiyi English Language Week adlı təlimdə iştirak etdi
SDU-nun Linqvistik Mərkəzinin əməkdaşı Amerika Səfirliyinin təşkil etdiyi English Language Week adlı təlimdə iştirak etdi
Sentyabrın 9-dan 13-dək Bakı Amerika Mərkəzində Amerika Səfirliyinin təşkilatçılığı ilə English Language Week (İngilis dili həftəsi) "İngilis dilinin tədrisində texnologiyalardan istifadə" adlı təlim keçirildi. Tədbirdə Bakı şəhərindən və regionlardan 100-dən çox ingilis dili müəllimi iştirak etdi. Təlimdə Sumqayıt Dövlət Universitetinin Linqvistik Mərkəzinin ingilis dili üzrə tərcüməçi-metodisti Eminova Aysel universitetimizi təmsil etdi.
Təlim aşağıdakı sessiyalar üzrə keçirildi: tələbələrin motivasiyası; dilin tədrisində vizual vasitələrdən istifadə; daha böyük siniflər üçün tədris strategiyaları; dil tədrisinə yeni tədqiqatların tətbiqi; effektiv tədris üçün dərs planlaşdırılmasının həyata keçirilməsi; esselər üçün yazılı rəyin verilməsi; ingilis dilində səlis danışığın öyrədilməsi. Təlimçilər-ABŞ-ın ingilis dili üzrə mütəxəssisləri Dr.Steven Sadlier, Riçard Şlayt və Cordan Troisi 5 gün boyunca müəllimlərə yeni təlim metodları barədə məlumat verdilər. Tədbirin bağlanış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Earle Litzenberger çıxış edərək, ingilis dilinin tədrisindəki töhfələrinə görə müəllimlərə təşəkkür etdi, mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Onu da qeyd edək ki, əməkdaşımız Eminova Aysel təlimin 10 ən fəal müəllimi arasında seçildi və sertifikata layiq görüldü.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az