Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb
Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb
2019-2020-ci tədris ilinin başlanmasına saylı günlər qalır. Hər zaman olduğu kimi, bu il də Sumqayıt Dövlət Universiteti yeni tədris ilinə bir sıra yeniliklərlə başlayacaq. Artıq bütün hazırlıqlar tamamlanıb, bütün tədris binalarında təmir işləri başa çatdırılıb. Həmçinin bir çox fakültələrdə yeni tədris laboratoriyaları yaradılıb. Bu da tələbələrimiz və tədqiqatçılarımızın öz elmi işlərini müasir texnologiyalar əsasında daha səmərəli şəkildə qura bilmələrinə geniş imkan yaradacaq. Universitetdə təhsil ildən-ilə müasirləşdirilir. Ən müasir proqramlarla dərs keçilir. Müəllim hazırlığının keyfiyyətini artırmaq məqsədi ilə laboratoriyaların təşkilinə xüsusi diqqət yetirilir. Universitetdə praktiki və laboratoriya dərslərinin keçirilməsi üçün zəruru avadanlıqla təchiz edilmiş laboratoriya bazası vardır. Qeyd edək ki, Mühəndislik fakültəsində yaradılan yeni laboratoriyalar üçün müasir avadanlıqlar alınmışdır.
İnformasiya və kompüter texnikası kafedrası üçün “Elektronika”, “Mikroprosessorlu idarəetmə və rəqəmsal sistemlər” tədris laboratoriyasına aid 4 stend, Proseslərin avtomatlaşdırılması kafedrası üçün “Nəzarət - ölçmə cihazları”, “Proqramlaşdırılan məntiqi kontrollerlər”, “Avtomatlaşdırma texnikası və tənzimləmə sistemlərinin öyrənilməsi” tədris laboratoriyasına isə 6 stend alınmışdır. Qeyd edək ki, bu yeni laboratoriyalarda tələbələr Tənzimləmə texnikası, Proqramlaşdırılan məntiqi kontrollerlər,Texnolji ölçmələr, Sensor sistemləri fənlərində laboratoriya işləri vasitəsi ilə idarəetmə sistemlərinin müasir texniki avadanlıqları ilə işləmə bacarığı və praktik vərdişlər əldə edəcəklər. Yaradılan laboratoriyalar tələbələrin bilik və bacarıqlarının artırılmasında, onların yüksəkixtisaslı kadr kimi formalaşmasında böyük rol oynayacaq.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az