Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin dünyanın nüfuzlu tədris mərkəzləri sırasında qərarlaşdırılması istiqamətində mühüm işlər görülüb
Universitetimizin dünyanın nüfuzlu tədris mərkəzləri sırasında qərarlaşdırılması istiqamətində mühüm işlər görülüb
“Sumqayıt Dövlət Universiteti artıq Respublikamızın nüfuzli ali təhsil ocaqlarındandır”
Universitetimizi daim irəli aparmaq, müasirləşdirmək, dünyanın nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əlaqələri genişləndirmək kollektivimizin ümdə vəzifələrindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütərəqqi, işıqlı fikirlərindən birində demişdir: “ Biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından- bütün parametrlər baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək!”.
Prezidentimizin bu fikirləri bizi hər zaman istiqamətləndirir, səfərbər edir və hədəfimiz hörmətli rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetimizi Dünyanın yüksək reytinqli Universitetləri sırasında qərarlaşdırmaqdır.
Ümumiyyətlə 2014-cü ildən başlayaraq Sumqayıt Dövlət Universiteti sanki yenidən quruldu, bütün sahələr üzrə inkişaf və tərəqqi sürətlə həyata keçirilməyə başladı. Tədrisin keyfiyyəti ildən-ilə daha da yüksəldilir, aparılan elmi-tədqiqat işləri daha da səmərli və intensiv xarakter alıb, təmir, tikinti və yenidənqurma işləri yüksək zövqlə, yüksək keyfiyyətlə, SDU-nun perspektiv gələcəyinə hesablanmış bir formada həyata keçirilir. Universitet əməkdaşlarının sosial məsələləri daim diqqət mərkəzindədir. Hər il universitetin daxili imkanları hesabına əmək haqlarımız artırılır. Son 6 ildə əmək haqlarımız 4-5 dəfə, yəni 400-500% artmışdır. İl ərzində bayramlarda kollektivin bütün üzvlərinə mükafatlar verilir. Bu ənənə SDU-nun tarixində ilk dəfə olaraq, 2014-cü ildə yaradılıb və hər il həyata keçirilir. Kollektivin bütün üzvləri, həm professor-müəllim heyəti, həm də tədris-köməkçi heyət rəhbərliyin bu təşəbbüsünü, əməkdaşlara olan diqqət və qayğısını yüksək qiymətləndirir və bütün məsələlərin, o cümlədən sosial məsələlərin nə qədər obyektiv və ədalətli həll olunduğunu müşahidə edirik.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev keçirdiyi müşavirələrdə demişdir: “Dövlət məmurları xalqa xidmət etməlidir. Xalqın bir nömrəli xidmətçisi mənəm”.
Möhtərəm Prezidentimizin bu unikal tövsiyyəsi universiteimizdə ən yüksək səviyyədə həyata keçirilir. Professor Elxan Hüseynovun universitetimizə rektor təyin olunması ilə əlaqədar SDU-da böyük dəyişikliklərin başlanğıcı qoyuldu, mənəvi-psixoloji atmosfer tamam saflaşdı, professor-müəllim heyəti öz fəaliyyətindən zövq almağa başladı. Sumqayıt Dövlət Universitetində aparılan mütərəqqi işlər Təhsil Nazirliyinin və Respublika rəhbərliyinin diqqətini cəlb etmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 mart 2016-cı il tarixli 130 saylı əmri ilə Sumqayıt Dövlət Texniki Kolleci SDU-nun nəzdinə verilmişdir. Həmçinin Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt və Salyan filialları ləğv olunduqdan sonra onların tələbə kontingenti SDU-ya köçürülmüş, əməkdaşları isə müsabiqə yolu ilə işə qəbul olunmuşlar. Əlbəttə, kollecin SDU-nun nəzdində fəaliyyət göstərməsi kollecin əməkdaşları üçün mühüm əhəmiyyət kəsb edir. Onlara SDU-nun professor-müəllim həyətinin elmi-pedaqoji potensialından və təcrübəsindən bəhrələnmək və birgə elmi-tədqiqat işlərinin aparılması üçün perspektivli zəmin yaradır.
Qarşıda kollecin 60 illik yubileyi keçiriləcək, bu münasibətlə başda kollecin direktoru dos. Mətanət Pirquliyeva olmaqla kollecin bütün kollektivini təbrik edir, onlara elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Qeyd edim ki, 2014-cü ildən universitetin kadr potensialı SDU-nun öz yetirmələri ilə zənginləşdirilmişdir. Bu illər ərzində bir çox gənc müəllimlər dosent və baş müəllim, bir çox laborantlar, baş laborantlar və tyutorlar assistent və müəllim vəzifələrinə irəli çəkilmişlər. Xüsusən 2018-2019-cu illərdə öz vəzifəsində irəliləyiş olan əməkdaşların sayı daha çox olmuşdur.
Bundan başqa universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilmiş, auditoriyaların İKT sistemləri ilə təchizi, laboratoriyaların yeni avadanlıq, qurğu, cihaz və stendlərlə təmin olunması, kimya laboratoriyaları üçün yeni cihazlarla yanaşı kimyəvi reaktivlər, kimyəvi qablar və digər laboratoriya ləvazimatları alınmışdır.
2018-ci ildə SDU-nun tarixində ilk dəfə olaraq Dissertasiya şurası formalaşdırılmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmri ilə universitetin nəzdində FD.02-193 şifrəsi ilə Dissertasiya şurası yaradılmışdır. Hazırda bu istiqamətdə işlərimiz daha da genişləndirilir.
Həmçinin 2017-ci ildən rektor professor Elxan Hüseynovun təşəbbüsü ilə ilk dəfə olaraq SDU-da elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Universitetimizdə peşəkarlıq kadrların hazırlanmasında, professor müəllim heyəti ciddi səy göstərir.Heç təsadüfi deyil ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Prezident Sərəncamında “Sumqayıt Dövlət Universiteti artıq Respublikamızın nüfuzli ali təhsil ocaqlarındandır” kimi qiymətləndirmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı Prezident cənab İlham Əliyev fəaliyyətimizi yüksək qiymətləndirdiyi üçün Sumqayıt Dövlət Universitetinin çoxminli professor - müəllim və tələbə heyəti adından dərin təşəkkürümüzü bildiririk. Xalqımızın daha xoşbəxt gələcəyi, elmin inkişafı naminə bütün vəzifələri uğurla yerinə yetirəcək, SDU-nu dünyanın nüfuzlu universitetləri sırasında qərarlaşdırılması istiqamətində inamla irəliləyəcəyik.
 
Professor Muxtar Səmədov Elmi katib
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az