Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirildi
Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirildi

Aprelin 18-də Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə növbəti elmi seminarı Riyaziyyat fakültəsində keçirildi.
Seminarın əvvəlində fakültə TEC-in fəaliyyəti haqqında hazırlanmış video çarx nümayiş etdirildi.
TEC-in elmi rəhbəri dos. İslam Paşayev seminarı açaraq bildirdi ki, son zamanlar universitetimizin beynəlxalq əlaqələri genişlənir. Bu baxımdan da  Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, Sankt Peterburq Akademik Universitetin rektoru, akademik Jores Alfyorov ilə görüşünü xüsusi qeyd etdi. Bildirdi ki, akademik Jores Alfyorovun Sumqayıt Dövlət Universiteti ilə  professor-müəllim heyətinin  mübadiləsinə, tələbələrin qarşılıqlı elmi təcrübə keçmələrinə, bir sözlə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman  hazır olmasını qeyd etdi.
Riyaziyyat fakültəsinin dekanı  dos. Zəfər Hüseynov çıxışında qeyd etdi ki, son illər universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi istiqmətində mühüm işlər görülmüşdür. Bu işə dəstək verən məsələlərdən biri də tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunmasıdır.
Tələbələr kafedralarda yerinə yetirilən tədqiqat işlərinə cəlb olunmuş, onlara problem xarakterli tapşırıqlar verilmiş və tədqiqat işlərinin nəticələri onu deməyə ümid verir ki, gələcəkdə bu tələbələrin içərisindən ölkəmiz üçün layiqli mütəxəssislər yetişəcəkdir.
Seminarda  Məmmədova Şəfəq ( qr. 454) “ Neytron şəbəkələr”, Məmmədova Növrəstə (qr.453) “ Verilənlər bazasında funksiyalar”, Vəliyeva Xalidə (qr. 453) “Ekspert sistemləri”, Albullayeva Elşanə (qr. 451) “Vektorların təlimində koordinatlar və analitik şərhlər arasındakı əlaqənin reallaşdırılması”, Qüdrətli Günel (qr. 451) “ Riyaziyyatda istifadə olunan metrik ölçü sistemi və zaman vahidlərinin mənşəyi, mənbəyi, metodoliji təhlili”, Tahirli Aytən (qr.452) “Ədəd anlayışının cəmiyyətin inkişaf tarixində rolu və riyaziyyat elminin müasir inkişaf mərhələsində əhəmiyyəti”, Məmdova Lamiyə (qr.463) “Simmetrik çoxhədlilərin təsviri düsturları”, mirzəhüseynli Elnur (qr.463) “Sonlu meydanların qurulması”, İbrahimov Əkbər (qr. 472) “Qeyri-bircins mühitlərdə dalğaların yayılması”, Bağıra Fatimə (qr.472) “Kompleks ədədlərin planimetriya teoremlərinin isbatına tətbiqi” mövzularında məruzə ilə çıxış etdilər.  Sonda məruzələr ətrafında maraqlı diskussiyalar aparıldı.
Növbəti seminar 25.04.15 tarixində Kimya və Biologiya fakültəsində keçiriləcəyi qeyd olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az