Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz İTV –də “Gələcəyə baxış” Avrasiya Patent Universiadasına həsr olunmuş mövzu ətrafında çıxış etdilər
Tələbələrimiz İTV –də “Gələcəyə baxış” Avrasiya Patent Universiadasına həsr olunmuş mövzu ətrafında çıxış etdilər
İyunun 27-də tələbələrimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) "Sabahın xeyir, Azərbaycan!" proqramında Təhsil Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin nümayəndələrinin və Sumqayıt Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Gələcəyə baxış” Avrasiya Patent Universiadasına həsr olunmuş mövzu ətrafında çıxış etdilər.
Proqramda layihə üzrə yaş kateqoriyasına görə (18 yaşdan - 25 yaş daxil olmaqla) mükafatçılar – Sumqayıt Dövlət Universitetinin tələbələri: Tayfun Hacılı və Seymur Talıbov “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” mövzusunda təqdim etdikləri layihənin əhəmiyyətindən bəhs etdilər. Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, ölkə gəncləri üçün yaradılan şəraitdən söz açdılar. Bildirdilər ki, bu gün Prezident cənab İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını, onların məşğulluğunun təmin edilməsini, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirilməsini əsas hədəflər kimi qarşıya qoyub. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsinə öz töhfəsini verməyə çalışır. Onu da vurğuladılar ki, Sumqayıt Dövlət Universitetinin tələbələri rektor professor Elxan Hüseynovun diqqəti və qayğısı sayəsində bu istiqamətdə böyük addımlarlarla irəliləyərək uğurlar əldə edir. Tələbələrimiz çıxışlarının sonunda gənclər üçün yaradılan şəraitə görə ölkə başçısına, SDU-nun rektoruna dərin minnətdarlıqlarını ifadə etdilər.
Proqramda qeyd olundu ki, universiadanın məqsədi istedadlı gənclərə dəstək olmaq və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.
 
Mətbuat xidməti
    
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az