Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Doktorantlar üçün ERASMUS+ PETRA layihəsi çərçivəsində növbəti təlim
Doktorantlar üçün ERASMUS+ PETRA layihəsi çərçivəsində növbəti təlim
İyunun 21-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+ PETRA layihəsi çərçivəsində növbəti təlim keçirildi. Tədbirdə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, şöbə əməkdaşları, doktorant və magistrantlar iştirak etdilər.
Təlimi giriş sözü ilə Samirə Məmmədova açaraq PETRA layihəsi haqqında məlumat verdi və layihə çərçivəsində keçirilmiş və keçirilməsi nəzərdə tutulan təlimlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, doktorant və dissertantlar elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələrini müxtəlif reytinqli jurnallarda dərc etdirərkən müəyyən problemlərlə rastlaşırlar. Bu baxımdan belə seminarların keçirilməsi məqsədəuyğundur.
Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov təqdimatla çıxış edərək doktorantlara məqalələrin yazılması və tədqiqatların aparılması qaydası haqqında geniş məlumat verdi. Qeyd etdi ki, elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu qloballaşan dünyada dövrün tələblərinə cavab verən elmi axtarış və tədqiqatların aparılması, bəşəriyyət üçün mühüm olan elmi nəticələrin əldə edilməsi alim və mütəxəssislərin, o cümlədən doktorant və dissertantların qarşısında duran mühüm vəzifələrdəndir.
Dosent Sabir Xəlilov dissertasiya işinin strukturunu, mövzunun aktuallığını şərtləndirən məqamlar, informasiya təminatı, dissertasiya işi üzrə analitik icmalın hazırlanması, qoyulmuş məsələlərin elmi-nəzəri əsasları, məqalələrin növləri və strukturu, elmi nəticələrin dərci və aprobasiyadan keçirilməsi, doktorant və dissertantların informasiya mədəniyyəti, elmi etika və plagiatlıq məsələləri haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında suallar səsləndirildi və müzakirələr aparıldı.
 
Mətbuat xidməti
    
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az