Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Gənclər Təşkilatının hesabat – seçki konfransı keçirildi
Tələbə Gənclər Təşkilatının hesabat – seçki konfransı keçirildi
İyunun 13-də Tələbə Gənclər Təşkilatının hesabat – seçki konfransı keçirildi.
Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq ümummilli lider, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin gənclərin inkişafına, təhsilinə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Tələbə Gənclər Təşkilatının səmərəli tədbirlər həyata keçirdiyini qeyd edən prorektor təşkilatın illik fəaliyyətini yüksək qiymətləndirdi. Tələbələrə və seçiləcək yeni İdarəetmə Şurasına uğurlar arzuladı.
TGT-nın sədri Nicat Hüseynov hesabat müddətində təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, təşkilatın əsas məqsədi Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Bu gün SDU-da gənclərin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılmışdır. Müasir idman kompleksi, zəngin kitabxana, geniş akt zalı, incəsənət sahəsində bacarığı olanlar üçün müxtəlif dərnəklər və s. tələbələrin ixtiyarındadır.Təşkilat həmçinin təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları qeyri-hökümət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.Hazırda SDU-da Tələbə Gənclər Təşkilatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, vətənpərvərlik ruhunun artırılması və s. istiqamətdə görülən tədbirləri davam etdirir. Nicat Hüseynov onu da qeyd etdi ki, təşkilat ayrı-ayrı qurumlarla birgə gənclər üçün əhəmiyyətli ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, ümumilikdə müxtəlif mövzularda dəyirmi masalar, görüşlər, müsabiqələr və s. keçirmişdir. Nəticədə 3 ildə ümumilikdə 130 dan çox tədbir keçirilmiş və 5000-dən çox tələbə təşkilata cəlb edilmişdir. Çıxışının sonunda eks-sədr yeni seçiləcək heyətə uğurlar dilədi.
Sonra seçki prosesi başladı və tələbələr yeni Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurası üzvlərinin seşilməsi üçün səslərini verdilər.Səs çoxluğu ilə TGT-yə yeni sədr Mühəndislik fakültəsinin II kurs tələbəsi - Tayfun Hacılı seçildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az