Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Milli Qurtuluş Günü- dövlətçiliyimizin müasir mərhələsinin başlanğıcıdır” mövzusunda məşğələ
SDU-da “Milli Qurtuluş Günü- dövlətçiliyimizin müasir mərhələsinin başlanğıcıdır” mövzusunda məşğələ
İyunun 13-də Milli Qurtuluş Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Milli Qurtuluş Günü- dövlətçiliyimizin müasir mərhələsinin başlanğıcıdır” mövzusunda məşğələ keçirildi.
Tədbiri rektor professor Elxan Hüseynov açaraq, əlamətdar gün münasibətilə kollektivi təbrik etdi, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, çoxşaxəli dövlətçilik fəaliyyətindən və misilsiz xidmətlərdən bəhs etdi. Bildirdi ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir. 1993-cü ilin iyununda ölkəmizdə yaranan ictimai-siyasi şərait, yəni vətəndaş müharibəsi, ərazicə parcalanma, xaos, anarxiya şəraiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Ali Sovetin Sədri seçildi, bununla da, daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Qısa vaxtda ölkədə yaradılan siyasi sabitlik nəticəsində dahi rəhbər bütün sahələrdə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirdi. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr quruldu. Ölkəmiz dünyaya açıldı. Rektor onu da qeyd etdi ki, Ulu öndərin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər Ulu öndərimizin dövlətçilik ideyalarının təntənəsidir. Bu gün Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərinin unutmur və 15 iyun- Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “Milli Qurtuluş Günü - dövlətçiliyimizin müasir mərhələsinin başlanğıcıdır”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Azərbaycan Xalq Cəbhəsi – Müsavat hakimiyyətinin səriştəsizliyi və siyasi böhran”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Qurtuluşdan başlayan siyasi sabitlik yolu”, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev “Heydər Əliyevin Bakıya qayıdışı iqtisadi sabitliyin başlanğıcıdır”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Böyükxanım Eminli “Azərbaycan dövlətinin mədəni inkişafında Milli Qurtuluş Günü”, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Türkan Seyfullayeva “Milli Qurtuluş və iqtisadiyyatımız” mövzusunda məruzələrlə çıxış edərək, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən aparıldığını vurğuladılar. Qeyd etdilər ki, dahi rəhbərin məhv olmaq təhlükəsindən xilas edib, dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və qurucu rəhbərin – xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az