Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz bədii yaradıcılıq müsabiqə-festivalında diplom və hədiyyələrlə təltif olundular
Tələbələrimiz bədii yaradıcılıq müsabiqə-festivalında diplom və hədiyyələrlə təltif olundular
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalı, Bakı şəhəri ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə yarışlar və ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışları keçirildi.
İyunun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bədii yaradıcılıq müsabiqə-festivalı və idman yarışları qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq müsabiqə-festivalının rəhbərlik etdiyi qurumun və Təhsil Nazirliyinin birgə qərarı ilə təşkil olunduğunu bildirdi.Qeyd olundu ki, tədbirin məqsədi tələbələri mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil etməkdən ibarətdir.
Müsabiqə-festivalın yekun konsertində 16 ali, 10 orta ixtisas təhsili müəssisəsinin 200-dən çox tələbəsi iştirak etdi.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova çıxış etdilər.
Sonra qaliblərə kuboklar, diplomlar və hədiyyələr təqdim olundu. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tələbələri xor üzrə II yerə, milli rəqs üzrə III yerə, bədii qiraət üzrə Rəmayə Mustafayeva II yerə, Aliyə Əlizadə III yerə layiq görüldü, bir qrup tələbəmiz isə fəal iştirakına görə diplomla təltif olundu.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az