Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyevin qurucusu olduğu bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məşğələ keçirildi
SDU-da “Heydər Əliyevin qurucusu olduğu bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məşğələ keçirildi
Mayın 27-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyevin qurucusu olduğu bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir ” mövzusunda məşğələ keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq 28 May Respublika Günü münasibətilə kollektivi təbrik etdi və bu günün əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixində çox böyük bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yenidən öz müstəqilliyinə qovuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev müstəqilliyimizi daha da əbədi və dönməz etdi. Ulu öndərin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Prezident cənab İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayaraq bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsini qarşıya məqsəd kimi qoydu. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Bu gün ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyevin qurucusu olduğu bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir ”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi Bəhram Məmmədli “Azərbaycan Xalq Cümhuriyyəti dövrü atributlarının bərpasında Heydər Əliyevin rolu”, həmin kafedranın baş müəllimi Samir Məhərrəmov “Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan və Xalq Cümhuriyyətinin ənənələri”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Şəhla Əhmədova “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində”, həmin kafedranın baş müəllimi Nöfəl Abdullayev “Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Şəbnəm Şixzadayeva “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda məruzə ilə çıxış edərək bünövrəsi 101 il bundan öncə qoyulmuş müstəqil Azərbaycanımızın son illərdə qazandığı ölçüyəgəlməz uğurlardan, bu uğurların miqyasının ümummilli liderimizin idyelarının layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən daha da artırıldığından bəhs etdilər. Bildirdilər ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az