Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz yüngül atletika yarışında qalib oldular
Tələbələrimiz yüngül atletika yarışında qalib oldular
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “XIV Respublika Universiadası” keçirilir. Yarışlar idmanın 10 növü üzrə keçirilir və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edir.
Mayın19-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda ali məktəblər arasında yüngül atletika üzrə Respublika çempionatı keçirildi. Yüngül atletika idman növü üzrə keçirilən yarışlarda tələbələrimiz uğurla çıxış edərək qalib oldular.
100 m məsafə qaçışda İksanov İlham I yerə, 400 m məsafəyə qaçışda Əliyev Zaur I yerə, yadro itələmək üzrə Babayev Nurəhməd I yerə, uzunluğa tullanma növü üzrə İksanov İlham I yerə və ümumi nəticələrə görə Sumqayıt Dövlət Universitetinin komandası I yerə layiq görülüb.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az