Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İştirak et və öz İİV statusunu öyrən” devizi altında aksiya keçirildi
“İştirak et və öz İİV statusunu öyrən” devizi altında aksiya keçirildi
Mayın 17-də Sumqayıt Dövlət Universitetində Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə bahar fəslində Avropa İİV-nin test həftəsi çərçivəsində “İştirak et və öz İİV statusunu öyrən” devizi altında müayinə və məsləhət aksiyası keçirildi.
Aksiyada Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri və universitetin tələbə heyəti iştirak etdilər.
Mərkəzin kommunikasiya üzrə mütəxəssisi Ceyhun Nəcəfov çıxış edərək gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat verdi. Virus orqanizmdə inkişaf etdikcə qazanılmış immunçatışmazlığı sindiromuna (QİÇS) səbəb olur. Bu xəstəliyin isə müalicəsi yoxdur. Ola bilər ki, insan bir-iki il heç nə hiss etməsin, amma o başqasını yoluxdura bilər. Ona görə virusu vaxtında aşkarlamaq vacibdir. Bu testdən hər bir vətəndaş keçməlidir.
SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov çıxış edərək tələbələrə QİÇS-in pandemiyasını dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biri olduğunu qeyd etdi, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, gənclər arasında maarifləndirmə işlərinin vacibliyini vurğuladı. Qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirən prorektor Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdı. Bildirdi ki, cəmiyyətin gələcəyi hesab olunan tələbələrimiz arasında da bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.
Sonda anonim müayinə aparıldı. Aksiyadan keçən tələblərə maarifləndirici bukletlər də təqdim edildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az