Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tvinninq layihəsi çərçivəsində ekspertlərin iştirakı ilə növbəti seminar keçirildi
Tvinninq layihəsi çərçivəsində ekspertlərin iştirakı ilə növbəti seminar keçirildi
Mayın 16-da Sumqayıt Dövlət Universitetində Fransa, Litva, Latviya və Azərbaycanın birbaşa tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsi çərçivəsində ekspertlərin iştirakı ilə növbəti seminar keçirildi.
Seminarın məqsədi digər ali təhsil müəssisələrində əldə olunmuş təhsil müddətlərinin (kreditlərin) tanınması prosedurlarının müasir tələblərə uyğun olaraq yenilənməsi və tanınma prosesinin səriştə-əsaslı yanaşma əsasında həyata keçirilməsi sahəsində pilot universitetlərə köməklik göstərməkdir.
Əvvəlcə qonaqları Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov qəbul etdi. Prorektor respublikamızın Avropaya inteqrasiya yolunda mühüm addımlar atdığını diqqətə çatdıraraq Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində əməkdaşlığa xüsusi önəm verildiyindən, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası istiqamətində mühüm nəticələrin əldə olunmasında layihənin əhəmiyyətli rolundan, əməkdaşlığımızın beynəlxalq hüquqi müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına müsbət təsirini göstərməsindən bəhs etdi. SDU-nun Tvinninq layihəsində fəallığını qeyd edərək son illər əldə olunan nailiyyətlərdən, tədrisdə praktik biliklərin tətbiqindən, universitetin uğurlu beynəlxalq əməkdaşlığından və hazırda icra olunan Tvinninq layihəsi üzrə seçilən ixtisaslardan danışdı.
Seminarda layihə çərçivəsində seçilmiş proqramlar üzrə tədris aparan professor-müəllim heyəti iştirak etdi.
Tvinninq layihəsinin əlaqələndiricisi Liza Baydanova seminar haqqında məlumat verdi və əhəmiyyət kəsb edən məsələləri iştirakçıların diqqətinə çatdırdı. Litvalı ekspert Kristina Stkute isə təqdimatla çıxış edərək təhsil tanınmasının həyata keçirilməsi prosesində kompetensiyalara (əldə olunan bacarıqlara) əsaslanan yanaşmanın əhəmiyyətindən bəhs etdi.Seminar çərçivəsində iştirakçılar təlimin nəticələri haqqında öz düşüncələrini yazdılar. İştirakçıların yazılarına Fransadan olan ekspert Jan-Luk Lomboley tərəfindən şərhlər verildi.
Seminarın sonunda ekspertlər tərəfindən iştirakçıların sualları cavablandırıldı və mövzu ətrafında maraqlı müzakirələr aparıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az