Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika üzrə fənn olimpiadasının qalibləri mükafatlandırıldı
Fizika üzrə fənn olimpiadasının qalibləri mükafatlandırıldı
Mayın 14-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimi” devizi altında Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri arasında fizika üzrə fənn olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Mərasimdə universitetin professor-müəllim heyəti, I, II,III yeri tutan şagirdlər, onların valideynləri və müəllimləri iştirak etdilər.
Tədbiri universitetin prorektoru dosent Ramiz Hüseynov açaraq olimpiadada qalib olmuş şagirdləri, onların üzərində əməyi olan müəllimləri və valideyinlərini təbrik etdi. Bildirdi ki, olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin fizika elminə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir. Dosent Ramiz Hüseynov ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. SDU-nun elmi potensialının ildən-ilə artdığını qeyd edən prorektor universitetdə Dissertasiya Şurasının yaradıldığını da diqqətə çatdırdı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda qeyd etdiyi kimi, Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır.
Olimpiada qaliblərini təbrik edən Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova çıxış edərək ölkəmizin gələcəyinin bu gün yetişdirdiyimiz kadrların səviyyəsi, gənclərin elmi potensialı ilə ölçüldüyünü, müxtəlif fənlər üzrə olimpiadaların, bilik yarışmalarının bu istiqamətdə mühüm rol oynadığını, davamlı olaraq keçirildiyini bildirdi. Bugünkü tədbiri nəinki universitetin, həmçinin Sumqayıt şəhərinin elmi həyatında vacib hadisələrdən biri olduğunu diqqətə çatdırdı. Universitetdə həm elmi, həm də tələbələrin asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitdən, “ağıllı lövhə”lərlə təmin edilmiş auditoriya, laboratoriya, Linqvistik Mərkəz, İdman zalı, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxanadan söz açdı. Şagirdlərə gələcəkdə hansı sənətin daşıyıcısı olmağından asılı olmayaraq, ölkəmizin layiqli vətəndaşı olmağı arzu etdi.
Sonra qaliblərin mükafatlandırılması mərasimi oldu. I, II, III yeri tutan şagirdlərə sertifikat və qiymətli hədiyyələr təqdim edildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az