Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş elmi praktik konfrans keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş elmi praktik konfrans keçirildi
Mayın 7-də Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyevin həyatı və fəaliyyəti” mövzusunda elmi praktik konfrans keçirildi.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Konfransda Tarix və coğrafiya fakültəsinin professoru, Əməkdar müəllim, prezident təqaüdçüsü Həsən Sadıqov çıxış edərək bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov “Heydər Əliyevin gənclik illəri və Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyəti”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövrü”, Tarix və onun tədrisi metodikası kafedrasının dosentləri Samir Kərimli ”Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri dosent Səvvarə Rzaquliyeva “Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, ölkənin inkişafındakı xidmətlərindən danışdılar.
Vurğuladılar ki, dahi rəhbərin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmamışdı ki, orada inkişaf və yeniliklər olmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə tənəzzüldən inkişaf mərhələsinə qədəm qoymuşdur. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid film nümayiş olundu.
 
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az