Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirildi
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirildi
Mayın 7-də Filologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq fakültədə hazırlanan tədbirlər planı haqqında məlumat verdi. Heydər Əliyevin siyasi və milli-mənəvi irsinin bir çox istiqamətlərdə öyrənilməsinin mümkünlüyündən danışdı. Heydər Əliyevin uzaqgörən siyasətinin milli məfkurəyə, azərbaycançılıq ideologiyasına söykəndiyini, Ulu öndərin rəhbərliyi ilə milli istiqamətdə görülən işlərdən söz açdı. Sevinc Həmzəyeva bildirdi ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanılıdı. Bundan sonra respublikamızda bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparıldı. O da vurğulandı ki, ümummilli lider tərəfindən əsası qoyulan dil siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli "Heydər Əliyevin dil saiyasəti", Folklorşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının müdiri Professor Aslan Bayramov "Heydər Əliyevin Azərbaycanda elmin inkişafına diqqət və qayğısı", fil.f.d, müəllim Günel Paşayeva "Heydər Əliyev və Azərbaycan dili günü", baş müəllim Elnarə Əhmədova "Heydər Əliyevin nitqində nitq etiketləri" mövzularında məruzə etdilər. Bildirdilər ki, bu gün müstəqil dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az