Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU Çexiya universitetləri ilə əməkdaşlıq edəcək
SDU Çexiya universitetləri ilə əməkdaşlıq edəcək
Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov Çexiya Respublikası Pardubitse Universitetinin Tədqiqat üzrə prorektoru professor Petr Voreli və Çernoqoriya Dövlət Universitetinin nümayəndə heyətini qəbul edərək universitetdə görməkdən məmnunluğunu ifadə etdi, ölkələrimiz arasında yüksəksəviyyəli tarixi əlaqələrdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə, eyni zamanda elm, təhsil sahələrində də əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı.
Rektor Sumqayıt Dövlət Universitetinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən söz açaraq universitetin dünyanın bir çox aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini vurğuladı. Əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran rektor təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinin önəmli olduğunu bildirdi. SDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə üçün təhsil əlaqələrinin genişlənməsinə yol açacağını vurğuladı. Görüşdə əlaqələrin yaradılması, elm və təhsil sahəsində müəllim-tələbə mübadiləsi aparılması, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu. Rektor bu görüşün universitetlərarası münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirdi.
Qonaqlar səmimi qarşılanmaya görə universitetin rektoru professor Elxan Hüseynova minnətdarlıqlarını bildirdilər, Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri barədə ətraflı məlumat verdilər. Gələcəkdə SDU ilə imzalanacaq əməkdaşlıq məsələlərini müzakirə etdilər, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az