Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ali və orta təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi
Ali və orta təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamış və mədəniyyətimizin elə bir sahəsi olmamışdır ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq və rəssamlığımız, xalça sənətimiz də bugünkü inkişafında Ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. 2019-cu ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin təşkilatçılığı ilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə -festivalı keçirilir.Məqsəd tələbələrin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzini formalaşdırmaq, incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Aprelin 2-də Sumqayıt Dövlət Universitetində ali və orta təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi.
Festivalın baxış müsabiqəsində tələbələrimizin peşəkar səviyyədə ifa etdikləri rəngarəng şeir, musiqi və rəqs nömrələri dəyərli münsiflər heyəti tərəfindən alqışla qarşılandı. İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti: Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərov, Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti Təyyar Bayramov tərəfindən həyata keçirildi.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək və qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az