Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gələcəyə təşəbbüs” inşa-esse müsabiqəsinin təqdimatı keçirildi
SDU-da “Gələcəyə təşəbbüs” inşa-esse müsabiqəsinin təqdimatı keçirildi

Sumqayıt Dövlət Universitetində British Council və  PAŞA Bankın təşkilatçılığı ilə “Gələcəyə təşəbbüs” 2015 inşa-esse müsabiqəsinin  təqdimat  mərasimi keçirildi.
SDU-da keçirilən təqdimatda British Councilin proqramlar üzrə assistenti, layihənin koordinatoru Fidan Hüseynli, Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri, dosent Turqay Hüseynov, Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova və başqaları iştirak etdilər.
Tədbirdə bildirildi ki, ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin, gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.
Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizədlər tərəfindən inşaların yazılmasından ibarətdir.
O da vurğulandı ki, iştirakçılar Azərbaycan vətəndaşı  və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaş arası tələbələri olmalıdır. Müsabiqə layihədə iştirak etmək üçün müraciət etmiş 8 universitet, o cümlədən Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr arasında keçiriləcəkdir.
Sonda müsabiqənin üç qalibi 2015-ci ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində Yay məktəbində iştirak edəcək.
Həmçinin, finalistlərə layihədə uğurlu iştirakına görə PAŞA Bank və British Council tərəfindən sertifikatlar  və dəyərli hədiyyələr təqdim olunacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az