Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimiz İDEA İctimai Birliyinin “Hər kağıza bir yarpaq dəyişək” layihəsinə dəstək verir
Universitetimiz İDEA İctimai Birliyinin “Hər kağıza bir yarpaq dəyişək” layihəsinə dəstək verir
Müasir dövrdə dünya durmadan inkişaf edir. Hər il istehsalın həcmi daha çox artır. Bunun ən başlıca səbəblərindən biri dünya əhalisinin sayının sürətli artımı və şəhərlərin genişlənməsidir. Bu da tullantıların təkrar emal edilməsi problemini gətirir.
Təkrar emal təkcə bizim cəmiyyətimiz üçün deyil, bütövlükdə dünyaya kömək etmək üçün asan üsuldur. Yenidən emal cəmiyyət üçün olduğu qədər ölkənin iqtisadiyyatı üçün də olduqca faydalıdır.
Əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi və oxuma vərdişlərinin çoxalması kağız istehlakını artırır. Ölkə nə qədər çox inkişaf etdirsə, orada oxuma-yazma vərdişləri də bir o qədər yüksəkdir. Kağız istehlakı ölkədəki gəlir səviyyəsindən də asılıdır. Ölkəmizdə kağız tullantılarının emalı və onlardan yeni kağız məhsullarının istehsalı ilə AKKİK (Azərbaycan Kağız Karton İstehsalı Kombinatı) MMC məşğul olur. Kombinat 2013-cu ildən etibarən “Azərsun” Holdinqin nəzdində fəaliyyət göstərir.
Ətraf mühitin mühafizəsi ilə bağlı fəaliyyət göstərən “İDEA” İctimai Birliyi 23 fevral 2017-ci il tarixində “Azərsun” Holdinq və Təhsil Nazirliyi ilə birlikdə plastik və kağız tulantılarının toplanaraq yenidən istifadəsilə bağlı layihəyə başlayıb. Layihə çərçivəsində əksər dövlət orqanlarına və bəzi özəl şirkətlərə, ali təhsil müəssisələrinin bir çoxuna tullantıların mənbəyində çeşidlənməsi üçün nəzərdə tutulan qutular verilmişdir. Layihənin əsas məqsədi ölkədə təkrar emalı stimullaşdırmaq, təkrar emal müəssisələri üçün xammal tədarükünü asanlaşdırmaq, təbii resurslara qənaət etmək və tullantı miqdarını minimuma endirməklə, ekoloji vəziyyəti mümkün qədər yaxşılaşdırmaq və əhalini bu sahədə maarifləndirməkdən ibarətdir.
Bu istiqamətdə ölkəmizdə müxtəlif layihələr həyata keçirilir. “Hər vərəqi bir yarpağa dəyişək” layihəsi Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı tərəfindən birgə həyata keçirilib. Layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Sumqayıt Dövlət Universiteti də İDEA İctimai Birliyinin “Hər kağıza bir yarpaq dəyişək” layihəsinə dəstək verir. Bu məqsədlə universitetin Redaksiya və nəşr işləri şöbəsində İDEA İctimai Birliyi ilə “Azersun” şirkətinin kağız tullantılarının ayrıca toplanması üçün xüsusi qutular yerləşdirilmişdir. Universitetdən yararsız kağızların toplanaraq təkrar emala verilməsi həm ekoloji mühitin qorunmasına, həm də ekoloji mədəniyyətin formalaşmasına müsbət təsir göstərir.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az