Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün məlumat günü
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr üçün məlumat günü
Fevralın 20-də Sumqayıt Dövlət Universitetinin tələbələri üçün ERASMUS+EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirildi. Tədbir Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin əməkdaşı Nihad Hüseynov, Tarix və onu tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlovun moderatorluğu ilə aparıldı.
Tədbirin keçirlməsində məqsəd layihənin iş planına uyğun olaraq, tələbələri EQAC layihəsi və yaradılacaq Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaq, layihə çərçivəsində həyata keçirilmiş İsveç, Vilnüs və London səfərlərindən öyrənilən təcrübələri bölüşmək, eləcə də atılacaq növbəti addımlar: sorğular, monitorinq və müvafiq tədbirləri müzakirə etmək, tələbələrin fikrini öyrənmək təşkil edirdi. Tələbələri motivasiya etmək üçün moderatorlar t.f.d. Samirə Məmmədova Birləşmiş Krallığın Midlsaks Universiteti, şöbə əməkdaşı Nihad Hüseynov İsveçin Kral Texnologiyaları İnstitutu, Tarix və coğrafiya fakültəsinin baş müəllimi Sarvan Bədəlov Litvanın Mikolos Rameyros Sosial Tətbiqi Elmlər Universiteti haqqında geniş məlumat verdilər, universitetin beynəlxalq əlaqələrinin genişləndirlməsi üçün tələbə mübadiləsinin də mühüm əhəmiyyəti olduğunu qeyd edərək tələbələrə xarici layihələr çərçivəsində mübadilədə iştirak etməyi tövsiyə etdilər.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az