Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+ PETRA layihəsi çərçivəsində Kimya və biologiya fakültəsinin gənc tədqiqatçıları üçün seminar keçirildi
ERASMUS+ PETRA layihəsi çərçivəsində Kimya və biologiya fakültəsinin gənc tədqiqatçıları üçün seminar keçirildi
Fevralın 19-da Erasmus+PETRA layihəsi çərçivəsində iş planının 3-cü bölməsinə əsasən “Tədqiqat imkanları” mövzusunda seminar keçirildi.
Tədbiri Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova açaraq universitetin ERASMUS+ layihələrindən biri olan PETRA (tədris və təlimdə mükəmməlliyin təşviqi) layihəsinin məqsədi, layihə çərçivəsində xarici ölkə universitetlərində keçirilən görüşlərdən, yaradılacaq Tədris və Təlim Mərkəzinin məqsədindən bəhs etdi. Bildirdi ki, seminarın əsas məqsədi layihənin iş planına uyğun olaraq tətqiqatın aparılması qaydaları, mexanizmləri, növləri haqqında gənc tədqiqatçıları maarifləndirmək, bu yolda onlara mütəxəssis istiqaməti verməkdir.
Sonra Kimya və biologiya fakültəsinin dosenti Xanəhməd Həsənov təqdimatla çıxış edərək geniş məlumat verdi.
Tədbirdə Kimya və biologiya fakültəsinin tələbələri, magistrant və doktorantları iştrak etdilər.
Sonda mövzu ətrafında müzakirələr aparıldı.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az