Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Prorektorumuz Tvinninq layihəsi çərçivəsində Vilnüs və Riqa şəhərlərində təlimlərdə iştirak etdi
Prorektorumuz Tvinninq layihəsi çərçivəsində Vilnüs və Riqa şəhərlərində təlimlərdə iştirak etdi
Sumqayıt Dövlət Universitetinin tərəfdaş olduğu Twinning beynəlxalq layihəsinin növbəti tədbiri fevralın 11-dən 15-dək Litvanın Vilnüs şəhərində Ali Təhsilin Qiymətləndirilməsi Mərkəzində, Tədqiqat və Ali təhsilin Monitorinqi və Analizi Mərkəzində, Litva Təhsil, Elm və İdman Nazirliyində, Vilnüs Gediminas Universitetində, həmçinin Latviyanın Riqa Texniki Universitetində və Latviya Təhsil və Elm Nazirliyində baş tutdu. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və 3 yerli universitetin əməkdaşları iştirak etdilər. SDU-nu Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov təmsil etdi.
Beynəlxalq layihə çərçivəsində keçirilən təlimdə “Təhsilin keyfiyyət təminatında maraqlı tərəflərin təhlili”, “Milli kvalifikasiya çərçivəsində praktiki qiymətləndirmə və təhsildə təlim nəticələri ilə bacarıqların əlaqələndirilməsi”, “Litvada Bolonya prosesində ali təhsilin inkişafı”, “Əmək bazarında xarici inhisarların rolu”, “Ali təhsil proqramlarında milli klassifikasiyalar”, “ICT – informasiya kommunikasiya texnologiyaları üzrə işçi heyətinin planlaşdırılması” və bunun kimi bir çox mövzularda mühazirələr söylənildi, təlim iştirakçıları ilə birgə bu mövzularda seminarlar keçirildi. 5 gün davam edən təlimlərdə ali təhsil məkanında keyfiyyətli nəticə verən inkişaf sahələrinin yaradılmasında Avropa Ali Təhsil Məkanın təcrübəsinin təfərrüatları müzakirə olundu. Təlim iştirakçıları Litva və Latviya professorlarının dərslərini izləmək imkanı əldə etdilər.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az