Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | AZƏRBAYCANDA İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ
AZƏRBAYCANDA İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ
Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və Heydər Əliyev fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 4-8 fevral tarixində həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Bakı şəhərində inklüziv təhsil üzrə təlim keçirildi. Təhsil Nazirliyi ilə birgə təşkil edilən təlimdə bir çox ali məktəblərlə yanaşı, Sumqayıt Dövlət Universiteti daxil olmaqla, təhsil müəssisələrini təmsil edən əməkdaşlar iştirak etdilər.Tədbirin məqsədi layihənin əhatə dairəsinə aid müəllimlərin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir. Təlimi beynəlxalq ekspertlər layihə çərçivəsində hazırlanmış proqram əsasında apardı.
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən cəlb olunan Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, kafedranın əməkdaşları: dosentlər Sevinc Kərimova, Sevər Mirzəyeva psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim Ayna Hacıyeva, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova,Əlilliyi olan tələbələr üçün Mərkəzin müdiri baş müəllim Təranə Quliyeva, Azərbaycan dili və onun tədris metodikası kafedrasının baş müəllimi Aynurə Bağırova təlimdə iştirak etdilər.
Sonda hər bir iştirakçıya ekspertlər tərəfindən sertifikat təqdim olundu.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az