Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında SDU-nun doktorantları sertifikatla təltif olundular
Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında SDU-nun doktorantları sertifikatla təltif olundular

Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
AMEA-nın 70 illik yubileyinə həsr olunan konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edirlər.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında Ulu Öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanda istedadlı uşaq və gənclərə göstərilən qayğıdan bəhs edərək bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir bildirib ki, qlobal rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır.
Mikayıl Cabbarov ali təhsil müəssisələrində gənc alimlərin və tədqiqatçıların sayının artırılması, eyni zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın hazırlanacağını qeyd edib. Bu proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməlidir. Nazir bildirib ki, universitetlərdə gənc kadrların elmə cəlbi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir.
Sonra konfransın işində iştirak edən doktorantların çıxışları dinlənilib. Sumqayıt Dövlət Universitetinin 19 doktorantı və dissertantı konfransda məruzə ilə çıxış ediblər.

Məmmədova S.İ. – Tarix və coğrafiya fakültəsi – Azərbaycan - yəhudi xalqları arasında münasibətlər tolerrantlıq nümunəsi kimi. Tarix bölməsi, Bölmə rəhbərləri : prof.A.C.İsgəndərov (BDU), dos.H.Məmmədov (BSU).
Şükürova G.B. – Tarix və Coğrafiya fakültəsi-Yeni Azərbaycan partiyasının yaranması tarixi zərurətin ən dolğun ifadəsi kimi. Tarix bölməsi, Bölmə rəhbərləri : dos.H.Məmmədov

Məruzələrlə çıxış edən Sumqayıt Dövlət Universitetinin doktorantları Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatları ilə təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az