Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələr arasında keçirilən idman yarışında SDU qalib oldu
Tələbələr arasında keçirilən idman yarışında SDU qalib oldu

Türkmənistanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycanın bəzi ali məktəblərinin tələbələri arasında idman yarışları keçirildi.
Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 20-ci ildönümünə və “Sağlamlıq və xoşbəxtlik ayı”na həsr edilmiş bu yarışlarda 6 komanda, o cümlədən  Sumqayıt Dövlət Universitetinin (SDU), ADNA-nın, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, “Qafqaz” Universitetinin komandaları, habelə Azərbaycanda təhsil alan türkmənistanlı tələbələrdən ibarət “Yaşlık” komandası     iştirak                  etdi.
Aprel ayının 6-da Qafqaz Universitetinin idman kompleksində yarışların 1-ci mərhələsinin 1-ci yarımqrupu mini- futbol üzrə Qafqaz Universiteti, Sumqayıt Dövlət Universiteti və “Yaşlık”  komandaları arasında yarış başladı. Bu yarışda  Qafqaz Universiteti birinci, Sumqayıt Dövlət Universiteti ikinci, “Yaşlık” komandası isə üçüncü yeri tutdu. Həmin gün Azərbaycan Dövlət Neft Akademiyasının idman kompleksində ikinci yarımqrupun mini-futbol yarışı ADNA, Bakı Ali Neft Məktəbi və ADA komandaları arasında keçirildi. Bu yarışda birinci yeri ADNA, ikinci yeri Bakı Ali Neft Məktəbi, üçüncü yeri isə ADA komandası tutdu.
Aprelin 7-də ADA-nın idman kompleksində 100 metrə qaçış, turnikdə dartınma və mini- futbol üzrə birinci və üçüncü yerlər uğrunda final yarışı davam  etdirildi. Final yarışında 100 metr məsafəyə qaçışda SDU-nun Fizika və Elektroenergetika fakültəsinin 571-ci qrup tələbəsi Xəlil Sultanov  II yeri tutdu. Turnikdə dartınma yarışında  İqtisadiyyat və idarəetmə fakültəsinin 742-ci qrup tələbəsi Faiq Abdullayev I  yeri və həmin fakültənin 762-ci qrup tələbəsi, komandanın kapitanı Səid Abbasov III yeri tutdu.     
Qaliblərin mükafatlandırılması mərasimində Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov və adları çəkilən ali məktəblərin rəhbərləri iştirak etdilər. Səfir qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmliyinə dəlalət edir. O, dövlətlərarası münasibətlərin gələcəkdə daha uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Mükafatlandırılma mərasimində SDU-nun Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov çıxış edərək universitetin rəhbərliyi adından bu yarışın təşkilatçılarına təşəkkür etdi və ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini nəzərə çatdırdı. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq və dostluq münasibətləri mövcuddur. Təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd edən prorektor Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovun SDU-da qonaq olarkən Sumqayıt Dövlət Universiteti  ilə Türkmənistan universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm verdiyini qeyd etdi. Prorektor onu da vurğuladı ki, aprelin 20-dən Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsil kuboku” uğrunda SDU-nun komandası iştirak etmək üçün hazırlaşır.
  Yarışların sonunda fərqlənən mükafatçılar Türkmənistanın Azərbaycandakı Səfirliyi tərəfindən kubok və diplomlarla təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az