Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin tələbələrinin diqqətinə!
Sumqayıt Dövlət Universitetinin tələbələrinin diqqətinə!

 Təhsil naziri cənab Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq, 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. Əmrə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov operativ müşavirə keçirdi və bununla bağlı müvafiq əmr imzaladı. Əmrə uyğun olaraq yanvarın 17-nə təyin olunmuş imtahan yanvarın 19-na, yanvarın 18-nə təyin olunmuş imtahan isə yanvarın 26-na keçiriləcək.

 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az