Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etdilər
Tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etdilər

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş 20 Yanvar faciəsindən 29 il ötür. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur. Ən çox diqqəti çəkən məqam isə Şəhidlər Xiyabanına gündən-günə artan insan axınıdır. Onlar 20 Yanvar qəhrəmanlarının əbədiyyətə qovuşduqları müqəddəs məkana üz tutaraq şəhidlərimizə sevgi və sayğılarını ifadə edirlər. Yanvarın 16-da universitetin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatlarının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq, tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı kompleksini ziyarət etdilər. Onlar Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etdilər, məzarları üstünə tər qərənfillər düzdülər.

 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az