Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da əmək yarmarkası keçirildi
SDU-da əmək yarmarkası keçirildi
Əhalinin məşğulluğunun təmin olunmasında keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi dekabrın 18-də Sumqayıt Dövlət Universitetində şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan əmək yarmarkasında müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparıldı. Gün ərzində davam edən əmək yarmarkasında 10-u dövlət, 20-si qeyri-dövlət sektoruna aid olan 30 müəssisə üzrə 270 boş (vakant) iş yeri işsiz və iş axtaran vətəndaşlara təklif edildi.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər iş axtaran kimi qeydiyyata alınıb. Onlardan 2294 nəfəri işlə təmin edilib, 70 nəfər isə peşə kurslarına cəlb olunub.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az