Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Layihələr
Layihələr
SDU Azərbaycanda fəaliyyət göstərən British Council, UNİCEF, RİİB təşkilatları ilə əməkdaşlıq edir.
Beynəlxalq Assosiasiyalarda iştirak:
Sumqayıt Dövlət Universiteti Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının və Xəzəryanı Dövlət Universitetləri Assosiasiyasının üzvüdür. Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının həmsədri Sumqayıt Dövlət Universitetinin rektoru prof. E.B.Hüseynovdur.
Beynəlxalq layihələrdə iştirak:
Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinasiya etdiyi TWINING (Ali Təhsildə potensialın gücləndirilməsi) lahiyəsində tərəfdaş qismində iştirak edir.
TEMPUS layihələri:
•2002–2004 illər. MP-JEP-23264-2002 (AZE) Azərbaycan ali məktəblərində müasir mühəndis hazırlığı.
Layihənin koordinatoru: Köln Tətbiqi Elmlər Universiteti (Almaniya).
Yerli tərəfdaşlar:
1. Azərbaycan Dövlət Neft Akademiyası
2. Azərbaycan Texniki Universiteti
3. Mingəçevir Politexnik İnstitutu
4. Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1. Heerlen Tətbiqi Elmlər Universiteti − Hollandiya
•2006–2009-cu illər. CD_JEP-27035-2006 (AZE) Kimya (neft) sənayesi üçün enerji menecmenti üzrə magistr hazırlığı.
Layihənin koordinatoru: Köln Tətbiqi Elmlər Universiteti (Almaniya).
Yerli tərəfdaşlar:
1. Azərbaycan Dövlət Neft Akademiyası
2. Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1.Varşava Texnologiya Universiteti
•2009–2010-cu illər. Project NATO PDD (SPS) - (EAP.GLG.983752) Azərbaycanda əhalinin sağlamlığı və ətraf mühitin çirklənməsi.
Layihənin koordinatoru: BASF (Almaniya)
Yerli tərəfdaşlar:
1.Azərsu ASC
2.Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1.Lüdviqshafen şəhərinin bələdiyyəsi
•2010–2012-ci illər. 159239 – TEMPUS-1-2009-1-SE-TEMPUS-JPGR Sənaye müəssisələri ilə əlaqələrin inkişafı üçün universitetlərarası innovasiya şəbəkəsinin yaradılması.
Layihənin koordinatoru: İsveç Kral Texnologiya Universiteti.
Yerli tərəfdaşlar:
1. Azərbaycan Dövlət Neft Akademiyası
2. Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1. Böyük Britaniyanın Varvik Universiteti
2. Polşanın Krakov Universiteti
3. Rusiyanın Dövlət Neft və Qaz Universiteti
4. Tümen Dövlət Neft və Qaz Universiteti
5. Ufa Dövlət Neft və Qaz Universiteti
6. Uxta Dövlət Texniki Universiteti
7. Ukraynanın İvano-Frankovsk Milli Texniki Qaz və Neft Universiteti
8. Ukraynanın Poltava Milli Texniki Universiteti
9.Belarus Polotsk Dövlət və Dövlət Texniki Universiteti
•2011–2015-ci illər. 516678-TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması.
Layihənin koordinatoru: Köln Tətbiqi Elmlər Universiteti (Almaniya)
Yerli tərəfdaşlar:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Azərbaycan Dövlət Neft Akademiyası
3.Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1.Qrats Texniki Universiteti
2.Varşava Texnologiya Universiteti
•2013–2016-cı illər. TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR Əlilliyi olan şəxslərin Azərbaycan Ali Təhsil Müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması.
Layihənin koordinatoru: Xəzər Universiteti
Yerli tərəfdaşlar:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Azərbaycan Dövlət İqtisad Universiteti
3.Sumqayıt Dövlət Universiteti
4.Lənkəran Dövlət Universiteti
5.Gəncə Dövlət Universiteti
6.Naxçıvan Dövlət Universiteti
7.Azərbaycan Əlil Təşkilatları İttifaqı
Xarici tərəfdaşlar:
1.QratsUniversiteti (Avstriya)
2.Makedoniya Universiteti (Yunanıstan)
3.Lodz Universiteti (Polşa)
•2013–2016-cı illər. 543893-TEMPUS-1-2013-1-AZ-TEMPUS-SMGR Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin (administrasiyanın) inkşafı və təkmilləşdiriliməsi.
Layihənin koordinatoru: Azərbaycan Dövlət İqtisad Universiteti
Yerli tərəfdaşlar:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Bakı Dövlət Universiteti
3.Gəncə Dövlət Universiteti
4.Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1.Vorvik Universiteti (İngiltərə)
2.Malaqa Universiteti (İspaniya)
3.Santiaqo–de Kompostella Universiteti (İspaniya)
4.Bolonya Universiteti(İtaliya)
5.Kiyev Milli İqtisad Universiteti (Ukrayna)
6.Poltava İqtisadiyyat Universiteti
7.Turizm Universiteti (Ukrayna)
8.Qırğız İqtisad Universiteti (Qırğızıstan)
9.Qırğızıstan Beynəlxalq Universiteti
10.Xucand Dövlət Universiteti (Tacikistan)
11.Ukraynanın Elm və Təhsil Nazirliyi
12.Tacikistan Respublikası Təhsil Nazirliyi
•2013–2016-cı illər. 543720-TEMPUS-1-2013-1-DE-TEMPUS-JPCR İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin ekosisteminin kosmik vasitələrlə monitorinqi sahəsində ali təhsilin təkmilləşdiriliməsi.
Layihənin koordinatoru: Berlin Texniki Universiteti (Almaniya)
Yerli tərəfdaşlar:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Bakı Dövlət Universiteti
3.Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1.TallinTexnologiya Universiteti (Estoniya)
2.Tvente Universiteti (Hollandiya),
3.Tel-Aviv Universiteti (İsrail),
4.İsrail Texnoloiya Univeristeti,
5.Qüds Mühəndislik Kolleci (İsrail)
6.Al-Farabi adına Qazaxıstan Dövlət Universiteti,
7.L.N.Qumilyov adına Avrasiya Dövlət Universiteti (Qazaxıstan)
8.Korkut Ata Qızıl Orda Universiteti (Qazaxıstan)
9.U.Sultangazin Kosmik Tədqiqatlar İnstitutu (Qazaxıstan)
ERASMUS layihələri:
ERASMUS + LPEB 561732-EPP-1-2015-1-FR-EPPKA2-CBHE-JP «Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı».
Koordinator: İncəsənət və Sənətkarliq Üzrə Milli Konservatoriya - Cnam (Fransa)
Yerli tərəfdaşlar:
1.Azərbaycan Texniki Universiteti
2.Azərbaycan Memarlıq və İnşaat Universiteti
3. Sumqayıt Dövlət Universiteti
Xarici tərəfdaşlar:
1.Torino Politexnik İnstitutu (İtaliya)
2.Pavia DEGLI STUDI Universiteti (İtaliya)
3.Harbin Texnologiya İnstitutu
4.Dalian Texnologiya İnstitutu
5.Pekin Texnologiya Universiteti
6.Sibir Nəqliyyat Universiteti
7.Tuva Dövlət Universiteti
8.İrkutsk Dövlət Texniki Universiteti
9.Uzaq Şərq Fedreral Universiteti
10.Vladivostok Peşə-Texniki təhsili üzrə Dövlət Komitəsi
11.Ural Dövlət Dağ - Mədən Universiteti
573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP ERASMUS + PETRA Azərbaycan universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi
Koordinator: Valensiya Politexnik Universiteti (İspaniya)
Yerli tərəfdaşlar:
1.Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Naxçıvan Dövlət Universiteti
3.Gəncə Dövlət Universiteti
4.Sumqayıt Dövlət Universiteti
5.Bakı Slavyan Universiteti
6.Azərbaycan Dillər Universiteti
7.Azərbaycan Dövlət Pedaqoji Universiteti
8.Azərbaycan Universiteti
Xarici tərəfdaşlar:
1.Jyvaskala Universiteti, Finlandiya
2.Debrecen Universiteti, Macarıstan
3.Vyana Tətbiqi Elmlər Universiteti, Avstriya
4.Qazi Universiteti, Türkiyə
* ERASMUS+KA2 EQAC ERASMUS+586351-EPP-1-2017-1-AZ-EPPKA2-CBHE-JP Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzinin yaradılması və inkişaf etdirilməsi (EQAC)
Koordinator : Bakı Biznes Universiteti
Yerli tərəfdaşlar:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi
2.Azərbaycan Memarlıq və İnşaat Universiteti
3.Sumqayıt Dövlət Universiteti
4.Azərbaycan Dövlət Pedaqoji Universiteti
5.Azərbaycan Texnologiya Universiteti
6.Azərbaycan Turizm və Menecment Universiteti
7.Gəncə Dövlət Universiteti
8.Mingəçevir Dövlət Universiteti
9.Naxçıvan Universiteti
10.Odlar Yurdu Universiteti
11. Azərbaycan Universiteti
Xarici tərəfdaşlar :
1. Litva Sosial Tətbiqi Elmlər Universiteti
2. Alikante Universiteti, İspaniya
3. Kral Texnologiyalar İnstitutu, İsveç
4. Middlesex Universiteti, Böyük Britaniya
Mübadilə proqramlarında iştirak:
2015-ci ldən Sumqayıt Dövlət Universiteti “Mövlanə” mübadilə proqramına qoşulmuşdur. Mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universiteti, Hacettepe Universiteti, Adnan Menderes Universiteti, Adıyaman Universiteti, Çankırı Karatekin Universiteti, Nevşehir Hacı Bektaş Universiteti, Sakarya Universiteti, Necmettin Erbakan Universiteti, İsgenderun Teknik Universiteti və Bülent Ecevit Universiteti ilə mübadilə protokolları imzalanmışdır.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az