Ümumi şöbə
Sumqayıt Dövlət Universitetinin Ümumi şöbəsinin fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin kargüzarlığın aparılmasına dair təlimatına və SDU-nun əsanaməsinə uyğun olaraq qurulmuşdur.
Ümumi şöbənin funksiyası aşağıdakılardan ibarətdir:
SDU-nun kargüzarlıq işini təşkil etmək;
Ümumi şöbəyə Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Təhsil Nazirliyi, tədris müəssisələri və digər idarə, təşkilatlardan daxil olan sənədlərlə yaxından tanış olmaq, baxılmaq üçün rəhbərliya təqdim etmək, müvafiq struktur bölmələrinə paylanmasını həyata keçirmək, sənədlərin icrasına nəzarət etmək;
Rəhbərliyin tapşırığı ilə əmr və sərəncamların, məktubların, arayışların və digər sənədlərin hazırlanması və rektorun imzasından sonra qeydiyyata alınaraq paylanması;
SDU rəhbərliyi tərəfindən imzalanmış sənədlərin möhürlənməsi;
Vətəndaşların qəbulu prosesinin səmərəli təşkili;
SDU-nun struktur bölmələrində dövriyyədən çıxan sənədlərin arxivə yerləşdirilməsi, arxiv sənədlərinin ekspertizasının təşkil edilməsi, dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması.
Vətəndaşların müraciətlərinə əsasən arxiv sənədləri haqqında arayışların verilməsi.
Ümumi şöbənin müdiri bütünlüklə şöbənin fəaliyyətinə rəhbərlik edir və şöbənin funksiyalarının yerinə yetirilməsində məsuliyyət daşıyır.
İşçilərin sayı 10 nəfərdir.
Şöbənin müdiri Elnarə Məmmədovadır.