Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Elektromexanika
Elektromexanika kafedrası 1971-ci ildə Sənaye elektronikası kimi fəaliyyətə başlamışdır. Sumqayıt müəssisələrində elektrik intiqalları üzrə mütəxəssislərə tələbatın artması ilə əlaqədar olaraq, Elektrik sistem və şəbəkələri kafedrasının əsasında 1990-cı ildə Elektrik intiqalı kafedrası yaradılmışdır. Həmin dövrdə Elektrik intiqalı kafedrasının müdiri vəzifəsində t.e.n., dosent Asəf Bayram oğlu Əmrəliyev çalışmışdır. 1996-cı ildən isə kafedra Elektromexanika kafedrası kimi fəaliyyətini davam etdirir. 1994-cü ildən 2017-ci ilin iyun ayınadək Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin İbrahim oğlu Məmmədov Elektromexanika kafedrasının müdiri olmuşdur. Hal-hazırda kafedranın müdiri dosent Hüseynov Turqay Kilim oğludur.
Kafedranın Azərişıq ASC-nin Tədris Mərkəzinin nəzdində filialı fəaliyyət göstərir.
Kafedrada 5 dosent, 2 nəfər baş müəllim və 1 assistent fəaliyyət göstərir.
Kafedra əməkdaşlarının adları və vəzifələri:
Professor-müəllim heyəti:
1) Abdulova Nafisə Abdulfəz - dosent
2) Əhmədov Aslan Diyar – dosent
3) Həşimova Aşura Rza – dosent
4) Hüseynov Ramiz Ağali – 0,5 şt. dosent
5) Hüseynov Turqay Kilim – 0,5 şt. dosent
6) Hacıyev Naib İsmixan – 0,5 şt. baş müəllim
7) Hüseynova Qənimə Hüseynqulu – baş müəllim
8) Ağaxanova Kamalə Abış – assistent
Tədris köməkçi heyət
1) Balayeva Əfilə Həsənbala – böyük laborant
2) Quliyeva Təranə Saməddin qızı ‒böyük laborant
3) Teyyubova Sədaqət Rəhim – böyük laborant
Kafedrada 2 doktorant və 11 magistrant elmi işlə məşğul olur.
Kafedrada tədris olunan fənlərin siyahısı
Bakalavriat pilləsi üzrə:
1) Avtomatlaşdırılmış elektrik intiqalının elementləri
2) Elektrik intiqalı sistemlərinin modelləşdirilməsi
3) Elektrik intiqalı nəzəriyyəsi
4) Elektrik intiqalının idarə sistemləri
5) Elektrik intiqalının istismarı, təmiri və sazlanması
6) Elektrik intiqalının layihələndirilməsi
7) Elektrik intiqallarının diaqnostikası
8) Elektrik maşınları                                                      
9) Elektrik və elektron aparatları
10) Güc elektronikası və elektrik intiqalı
11) Güc elektronikası və intiqalın idarə edilməsi
12) Kiçik güclü elektrik maşınları
13) Qeyri-ənənəvi enerji istehsalı
14) Robotların və manipulyatorların elektrik intiqalları
15) Sahə texnologiyasının əsasları
16) Tipik istehsalat mexanizmlərinin avtomatlaşdırılmış elektrik intiqalı
Magistratura pilləsi üzrə:
1) Avtomatlaşdırılmış elektrik intiqallarının kompleks idarə sistemləri
2) Avtomatlaşdırılmış elektrik intiqallarının modelləşdirilməsi
3) Elektrik aparatlarının layihələndirilməsi
4) Elektrik aparatlarının nəzəriyyəsinin əsasları
5) Elektrik enerjisi keyfiyyəti
6) Elektrik intiqalı nəzəriyyəsinin əsasları
7) Elektrik intiqalının layihələndirilməsi
8) Elektrik intiqalının optimal və ekstremal idarə nəzəriyyəsi
9) Elektrik intiqalının tənzimat məsələləri
10) Elektrik intiqalının xüsusi rejimləri
11) Elektrik intiqallarında keçid prosesləri
12) Elektrik maşınları və elektrik intiqallarının diaqnostikasında etibarlılıq məsələləri
13) Elektrik mühəndisliyinin müasir problemləri
14) Elektrik mühəndisliyinin tarixi və metodologiyası
15) Elektrik sistemlərində keçid prosesləri
16) Elektrik təchizat sistemlərində riyazi modelləşdirmə
17) Elektrik təchizatı sistemlərinin hesablanması və layihələndirilməsi
18) Elektrik təchizatı sistemlərinin optimallaşdırılması
19) Elektrik təchizatında riyazi məsələlərin hesablanma üsulları
20) Elektroenergetikanın menecment sistemləri
21) Elektrofiziki ölçmələr
22) Elektromaqnit uyğunluğu
23) Layihə menecmenti
24) Sənaye elektrik təchizatı
25) Sınaq və elektrofiziki qurğular
26) Tədqiqat üsulları
27) Xüsusi tip elektrik intiqalları.
28) Yüksəkgərginlikli elektrik aparatları
29) Yüksəkgərginlikli elektrik avadanlığının diaqnostikası
30) Yüksəkgərginlik qurğularının istismarı və təmiri
31) Yüksəkgərginlik qurğularının izolyasiyası
32) Yüksək gərginlik texnikasının elektrofiziki əsasları
Kafedranın elmi istiqaməti: Elektrotexniki sistemlər və komplekslər (sahələr üzrə). Metallurgiya, maşınqayırma, cihazqayırma, neft-kimya sənayesinin avtomatlaşdırılmış elektrik intiqallarının və komplekslərinin elektromaqnit element və qurğularının yaradılması və diaqnostikasının işlənməsi
Kafedranın son illərdəki əsas elmi nəşrləri : 1 kitab, 16 məqalə, o cümlədən 7 məqalə xaricdə çap olunmuşdur. 55 sillabus, 14 bakalavr və 13 magistr fənn proqramı nəşr olunmuşdur.
Elektromexanika kafedrasının əməkdaşları elmi axtarışlarını, tədqiqat işlərini müntəzəm olaraq davam etdirirlər. Kafedra respublikamızın və dünyanın bir çox ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Minqəçevir Dövlət Universiteti (Azərbaycan); Kazan Dövlət Energetika Universiteti, Pskov Dövlət Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti (Rusiya) və Atırau Dövlət Neft və Qaz Univrsiteti (Qazaxıstan) ilə sıx münasibətlər yaratmışdır. Kafedra elmi mərkəzlərlə, ali təhsil ocaqları ilə əlaqələrini gündən-günə genişləndirməkdədir.
Təltif olunanlar:
2014-cü ildə Hüseynov Turqay Kilim oğlu Azərbaycan RespublikasıTəhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az