Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tətbiqi kimya
Tətbiqi kimya
Tətbiqi kimya ETL Azərbaycan Respublikası Təhsil Nazirliyinin  16.12.2010-cu il tarixli 1640 №-li əmrinə əsasən SDU-nun rektorunun  14.08.10-cu il tarixli 267/06 say-lı əmri ilə yaradılmışdır.
Tətbiqi kimya ETL SDU-nun Kimya və biologiya fakultəsinin tərkibində 2010-cu ildən fəaliyyət göstərir. 2010‒2014-illərdə  laboratoriyaya  k.e.d., prof. Rəsulzadə Niyazi Şahid oğlu rəhbərlik etmişdir. Həmin illərdə laboratoriya əməkdaşları “Etilen-propilen sopolimerləri və poliizopren əsasında motor yağlarının sintezi prosesinin tədqiqi, prosesin texnoloji sxeminin işlənməsi və pilot qurğusunun hazırlanması” mövzusunda  tədqiqatlar aparmışlar.
2014-cü illdən 2015-ci ilə qədər laboratoriyaya içtimai əsaslarla rəhbərlik laboratoriyanın baş elmi işçisi t.e.n.Hətəmov Mətləb Murtuz oğluna həvalə olunmuşdur. 
2015-ci ildə laboratoriyaya k.e.d., prof. Aşurov Dursun Əhməd oğlu rəhbərlik etmişdir.
2016-2020-ci illərin mövzu planı: Duzlu dəniz suyunun anodda oksidləşməsi ilə natrium hipoxloritin alınması.
 2017-ci ilin mart ayından hal-hazırkı dövrə qədər laboratoriya rəhbəri vəzifəsini dos.Hətəmov Mətləb Murtuz oğlu icra edir.
Ətraf mühitin monitorinqi ETL 01.02.2001-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 91 saylı əmrinə əsasən yaradılıb.
Laboratoriya 2001-ci ilin iyun ayından fəaliyyət göstərir. Laboratoriyaya 2001‒2004-cü illərdə  k.e.n. Ə.Ə. Eyyubov, 2004‒2017 illərdə isə k.e.n. dos. C.V. Məmmədov rəhbərlik etmişdir. Hal-hazırda laboratoriya əməkdaşları “Sellülozanın aktivləşdirilməsi üsulları” mövzusu üzrə elmi-tədqiqat işi ilə məşğul olurlar.  Laboratoriyanın fəaliyyəti dövründə AR-in və APT-nin patentləri alınmış, respublikada və xaricdə məqalə və tezislər nəşr olunmuşdur.
2018-ci ilin noyabr ayından etibarən Ətraf mühitin monitorinqi ETL Tətbiqi kimya ETL ilə birləşdirilmış və Neft  kimyası  və  kimya mühəndisliyi kafedrasının nəzdində  Tətbiqi kimya ETL adı ilə fəaliyyət göstərməyə başlamışdır. Laboratoriyaya texnika üzrə fəlsəfə doktoru, dos.M.M.Hətəmov rəhbərlik edir. 
Laboratoriyada “Duzlu suların anodda oksidləşdirilməsi nəticəsində natrium hipoxloritin alınması prosesinin tədqiqi” mövzusu üzərində elmi-tədqiqat işləri aparılmışdır.
2021‒2025-ci illərin mövzu planı: Aromatik birləşmələrin elektrokimyəvi sistemdə halogenləşməsi, alkilləşməsi və alınan halogenli birləşmələrin tətbiq sahələrinin öyrənilməsi.
Hal-hazırda elmi-tədqiqat işinin II mərhələsi yerinə yetirilməkdədir (Toluolun elektrokimyəvi sistemdə bromlaşması. Alkenilfenolların halogenləşməsi. Alınan birləşmələrin tətbiq sahələri).
Laboratoriyada 6 (altı) əməkdaş, o cümlədən 2 (iki) elmlər namizədi, 1 (bir) elmi işçi, 2(iki) kiçik elmi işçi və 1 (bir) baş laborant çalışır.  2 (iki) dissertant  və  bir doktorant elmi işlə məşğul olur. 
1.Hətəmov Mətləb Murğuz oğlu -  laboratoriya rəhbəri. 
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakultəsini kimyaçı, Kimya müəllimliyi ixtisası üzrə bitirmişdir. Polimer Materialları İnistitutunda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır.
1981‒1982-ci illərdə Moskvada Elektrokimya İnistitutunda elmi təcrübə keçmiş, 1985-ci ildə dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1993-cü ilin fevralından 2002-ci ilə qədər “Azərikimya”DŞ-də mütəxəssis və aparıcı mütəxəsisis, baş mütəxəsis və şöbə rəisi vəzifələrində çalışmışdır. 2002-ci ildən 2009-cu ilə qədər “Azərikimya”DS-nin Etilen-polietilen zavodunda şöbə müdiri vəzifəsində işləmişdir.
2009-cu ildə SDU-nin Elektroenergetikanın problemləri ETL-də böyük elmi işçi vəzifəsinə təyin olunmuş,  2010-cu ildən Tətbiqi kimya ETL-də baş elmi işçi vəzifəsinə keçirilmişdir. 2017-ci ilin mart ayından laboratoriya rəhbəri vəzifəsini icra edir. Neft kimyası və kimya mühəndisliyi kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.
2. İmaməliyev Ağalar Bəylər oğlu ‒ böyük elmi işçi.
1967-ci ildə  Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  Kimya fakultəsini kimyaçı, Kimya müəllimliyi ixtisası üzrə bitirmişdir. 1967‒1976-cı illərdə  Qərbi Azərbaycanın Qafan şəhərində 4 saylı orta məktəbdə kimya müəllimi, 1976-cı ildən Bakı Mərkəzi Təkmilləşdirmə İnstitutunda metodist işləmişdir. 1979-cu ildə AEA-nın Xlor-üzvi Sintez İnsititutunda aspiranturaya qəbul olmuş və 1991-ci ildə kimya elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildən Sumqayıt şəhər 35 saylı orta məktəbdə müəllim işləmiş,  2012-ci ildə SDU-nun  Elektroenergetikanın problemləri ETL-nə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. 01.03.2017-ci ildən Tətbiqi kimya ETL-da böyük elmi işçi vəzifəsinə keçirilmişdir.
3. Şahgəldiyev Füzuli Xanəli oğlu ‒ elmi işçi
1990-cı ildə  indiki Sankt-Peterburq Dövlət Texniki Universitetini (Tİ) Mühəndis-kimyaçı texnoloq  ixtisası üzrə bitirmişdir. 1990‒1996-cı illərdə Superfosfat zavodunda növbə rəisi işləmiş, 2011-ci ildən isə SDU-nun Ətraf mühitin monitorinqi ETL-da  elmi işçi vəzifəsində çalışır.  2012/13 tədris ilində Ümumi və qeyri-üzvi kimya kafedrasında saathesabı dərs keçmişdir. Hal-hazırda SDU-nun Kimya və onun tədrisi metodikası  kafedrasının dissertantıdır.
4. Abdullayeva Minayə Bilal qızı ‒ kiçik elmi işçi.
1988-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnsititutunun Sumqayıt filialının Kimya-texnologiya fakultəsini bitirmiş və Kimyaçı texnoloq, mühəndis ixtisası almışdır. 1988‒1989-сu illərdə təyinatla Sumqayit şəhərindəki Kimya zavoduna göndərilmiş və laborant vəzifəsinə qəbul olunmuşdur . 1989-1992-ci ildə RF-in Tomsk şəhərində Kimya laboratoriyasında laborant işləmişdir. 1993‒1998-ci illərdə Azərkimya TTQİ-də kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləmişdir. 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Yarımkeçiricilər və dielektriklər fizikası ETL-da  kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.  2014-cü ildən  SDU-nun  Tətbiqi kimya  ETL-da kiçik elmi işçi vəzifəsində işləyir. Hal-hazırda SDU-nun Kimya və onun tədrisi metodikası kafedrasının dissertantıdır.
5. Adilova Ləman İsmi qızı ‒ kiçik elmi işçi.
1988-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya insititutunun Sumqayıt filialının Kimya Texnologiya fakultəsini bitirmiş və kimyaçı texnoloq, kimyaçı mühəndis ixtisası almışdır. 1981-ci ildən M.Əzizbəyov adına Kimya İstehsalat Birliyində layihə-konstruktor şöbəsində mühəndis,  2004-cü ildən isə SDU-da „Ətraf mühitin monitorinqi“ ETL-da kiçik elmi işçi vəzifəsində işləmişdir. Hal-hazırda Tətbiqi kimya  ETL-da kiçik elmi işçi vəzifəsində çalışır. 
6. Səfərova Gülgün Mehman qızı ‒ baş laborant
1998‒2002-ci illərdə BDU-nun  Kimya fakultəsinin bakalavriat pilləsini,  2004‒2006-cı illərdə isə həmin universitetin magistratura pilləsini  Təbii və fizioloji fəal maddələr kimyası ixtisası üzrə bitirmişdir. 2002‒2005-ci illərdə Laçın rayon Hacısamlı kənd orta məktəbində kimya müəllimi işləmiş, 2006‒2011-ci illərdə SDU-nun Analitik kimya kafedrasında laboratoriya müdiri, 2009/10-cu tədris ilində saathesabı ilə dərs keçmişdir. 2011-dən  Ətraf mühitin monitorinqi ETL-da  baş laborant işləmişdir. Hal-hazırda Tətbiqi kimya  ETL-da  baş laborant  vəzifəsində çalışır. AMEA-nın Polimer Materialları İnstitutunun doktorantıdır.
Tətbiqi kimya və Ətraf mühitin monitorinqi ETL-nın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən AR-in və Avrasiya Patent Təşkilatının 29 patenti alinmış, respublikada və xaricdə yüzdən çox məqalə və tezislər nəşr etdirilmişdir. Laboratoriya əməkdaşları AR-in “Startup” və “Sabahın alimləri” layihələrində, respublika və beynəlxalq səviyyəli elmi konfranslarda mütəmadi iştirak  edirlər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az