Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Qəbul şərtləri
Qəbul şərtləri
SDU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlar sənədlərini aşağıdakı qaydaya uyğun təqdim etməlidir.
·         əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş təhsil haqqında sənədlərin və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surətləri;
·         sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
·         etibarlı sərhədkeçmə sənədi (pasportun notariat qaydada təsdiq edilmiş surəti);
·         şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
·         tərcümeyi-hal;
·         tədris dilindən imtahan verilməsi barədə şəhadətnamə və ya sertifikat (mövcud olduğu halda);
·         fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
Qeyd: bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq notariusda təsdiq edilməlidir. Əcnəbi vətəndaşlar SDU-ya əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini universitetə təqdim etməlidirlər. 
 
Qəbul qaydaları
VACİB QEYD: Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni qaydalarına əsasən əcnəbilərin qəbulu 01.01.2022-ci il tarixdən etibarən yalnız elektron müraciət formasında https://portal.edu.az/  saytı vasitəsi ilə aparılır!
SDU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlar!
Sumqayıt Dövlət Universitetinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
·         Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış müqavilələr əsasında;
·         Sumqayıt Dövlət Universitetinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;
·         Sumqayıt Dövlət Universiteti ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;
·         Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən;
·         Sumqayıt Dövlət Universitetinin əcnəbi vətəndaşlarla birbaşa bağladığı müqavilələr əsasında;
·         Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında.
Qeyd: Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.
 
Qeydiyyat müddəti: 01-15 sentyabr
 
SDU-da təhsil almaq istəyən əcnəbi vətəndaşlar bütün il ərzində bizə müraciət edə bilərlər.
 
Viza proseduru
Əcnəbi vətəndaş universitetə gəlməzdən əvvəl təhsil vizası almalıdır. Təhsil vizası aşağıdakı qayda ilə alınır.
1.Asan elektron viza
2.Səfirlik və konsulluq idarələrinin dəvət məktubu ilə. Hər iki halda universitetin adı və yerləşdiyi ünvan göstərilməlidir.
Əcnəbi tələbələr və ya vətəndaşlar Azərbaycan Respublikasına daxil olduqları gündən başlayaraq 15 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata alınmalıdır;
Qeydiyyata alınmaq üçün əcnəbi tələbələrin (və ya vətəndaşların) qaldığı yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin qaldığı yer üzrə müvəqqəti qeydiyyata alınması haqqında ərizə- anketi, əcnəbinin pasportunun surətini və qeydiyyata alınacaq mənzilin ünvanını Azərbaycan Dövlət Miqrasiya Xidmətinə şəxsən və yaxud da internet (www.migration.gov.az ), elektron poçt ( qeydiyyat@migration.gov.az) vasitəsi ilə təqdim etməlidir;
Yalnız təhsil almaq hüququ qazandıqdan sonra universitetin və Təhsil Nazirliyinin (TN) dəstək məktublarına əsasən Dövlət Miqrasiya Xidmətinə  (DMX) müraciət oluna bilər.
Tələbə müvəqqəti yaşama icazəsi alarkən dəqiq yaşadığı ünvanı göstərməlidir.
 
Müvəqqəti yaşama icazəsi almaq üçün tələb olunan sənədlər
1. Ərizə-anket;
2. Xarici pasportun əsli və surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin əsli və surəti;
4. Tibbi arayışlar (ümumi sağlamlıq, QIÇS, Hepatit B,C viruslarının olmamasına dair);
Qeyd: Beynəlxalq Tibb Mərkəzi (International Medical Centre) (Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küç.11”B”) və ya Respublika Diaqnostika Mərkəzi (Bakı şəhəri, Tbilisi prospekti 3166) tərəfindən verilən;
5. 2 ədəd 3x4 ölçüdə foto şəkil;
6. Əcnəbi tələbələr müvəqqəti yaşayış üçün mənzilə qeydiyyata alınarkən ev sahibinin razılıq ərizəsi, ev sahibinin şəxsiyyət vəsiqəsinin surəti, mənzilin qeydiyyat sənədinin surəti (hər üç sənəd notarial qaydada təsdiq olunmalıdır);
 
Qeyd: 1. Müvəqqəti Yaşama İcazəsi – Dövlət rüsumu haqqında qanuna əsasən:
Tələbələr üçün Dövlət rüsumu – 15 iş günü müddətində 60 azn, 20 iş günü müddətində 40 azn təşkil edir.
2. İstisna hallarda əlavə sənəd tələb oluna bilər (məs.soyad dəyişikliyi) 
 
Bizimlə əlaqə
Sumqayıt Dövlət Universiteti
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Əcnəbi tələbələrin təhsilin təşkili, qəbul qaydaları, miqrasiya prosedurları ilə bağlı məsul şəxslərin məlumatları aşağıdakı kimidir:
Fətullayeva Sədaqət Abdul qızı
Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri
Telefon: +994 55 547 07 67
              +994 50 897 59 98
Facebook: Beynəlxalq Əməkdaşlıq
  
Kitabxana
Sumqayıt Dövlət Universitetində təhsil alan əcnəbi vətəndaşların hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
SDU-da təhsil alan əcnəbi tələbələr:
-       SDU-nun kitabxanasından, oxu zalından, laboratoriya və təcrübə bazasından, idman zalından, yeməkxanadan istifadə edə bilərlər;
-       Kafedrada elmi-tədqiqat işində, tələbələrin elmi, ictimai və mədəni tədbirlərində, tələbə özünüidarə orqanlarının işində yaxından iştirak edə bilərlər;
-       SDU-nun tibb məntəqəsindən pulsuz istifadə edə bilərlər.
 
 
Tələbə evi
Sumqayıt Dövlət Universitetinin iki yataqxanası (tələbə evi) mövcuddur. Universitetin yataqxanalarında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşmışdır. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salınmış və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edilmişdir. Universitetin 1 saylı yataqxanası istifadəyə yararsız olduğu üçün yenidən əsaslı təmir olunmuşdur. 
SDU-nun 1 saylı yataqxanası 44-cü məhəllə, Ağa Quliyev küçəsində yerləşir. Yataqxana 5 mərtəbədən ibarətdir. Yataqxanada 100-ə yaxın otaq var. Hər mərtəbədə 2 duş otağı, 2 mətbəx və  2 çamaşırxana mövcuddur. Yataqxananın 1-ci mərtəbəsində kitabxana, yeməkxana, tibb, izolyasiya, çamaşırxana otaqları yerləşir. Həmçinin yataqxanada idman zalı, mini futbol meydançası, voleybol meydançası da mövcuddur.
Tələbələrin rahatçılığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, tələbələrin öz asudə vaxtını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Yaxın zamanda yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq və 2022‒2023-cü tədris ilindən SDU-nun 1 saylı yataqxanası istifadəyə veriləcəkdir.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az