Hörmətli həmkarlar,
Bildiririk ki, tam mətnli akademik informasiya bazası “ProQuest Central”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə Clarivate şirkəti arasında bağlanmış müqavilə əsasında 123 müəssisənin istifadəsinə təqdim edilmişdir.
100-dən artıq mövzunu əhatə edən 47 kolleksiyadan ibarət multidissiplinar akademik informasiya bazası “ProQuest Central” dünyanın aparıcı nəşriyyatları olan Springer, Sage, Cambridge Press, Elsevier, Emerald, Springer Nature və digərlərinin nəşrlərini əhatə edir və bazada təqdim edilən məzmun sayı aşağıdakı kimidir:
· 43 000 jurnal
· 2.5 milyon konfrans materialı
· 380 000 dissertasiya
· 470 000 ölkə və sənaye hesabatı
· 24 000 audio və video məzmun
· 340 000 situasiya araşdırması (case study)
· 3.3 milyon preprint məqalə
· 4500 ticarət jurnalı
· 1900-dən artıq qlobal xəbər mənbələri
“ProQuest Central” informasiya bazası “ProQuest Research Assistant” (PRA) adlı süni intellekt aləti ilə birgə təqdim edilir. PRA aləti, süni intellektin imkanlarından tələbələrin məsuliyyətli istifadəsinə dəstək olan etibarlı tədqiqat köməkçisidir. PRA-nın güclü xüsusiyyətləri imkan verir ki, istifadəçilər daha effektiv və hədəfə uyğun axtarışlar edə bilsinlər, həmçinin resursu qısa zaman ərzində effektiv şəkildə analiz edərək nəzərdən keçirsinlər və həmin resursun onların tədqiqatlarına nə dərəcədə faydalı olduğunu sürətli şəkildə müəyyən etsinlər.
“ProQuest Central” bazasından istifadə etmək üçün aşağıda qeyd olunmuş linkə keçid edin:
https://www.proquest.com/?accountid=216349
Bazadan istifadə qaydaları və təlimlər aşağıda qeyd edilmiş linkdə təqdim olunmuşdur:
https://proquest.libguides.com/proquestplatform
Bazadan istifadə zamanı yarana biləcək suallarla bağlı EATDA-nın Elmi müəssisələrlə iş şöbəsinə (tel: +994125991155 (7912), email: science@eatda.edu.az müraciət etməyiniz xahiş olunur.