ELAN 24 oktyabr 2025
24 oktyabr 2025-ci il saat 10:00-da Sumqayıt Dövlət Universiteti nəzdində FD 2.24 Dissertasiya Şurasında iddiaçı – Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının doktorantı Səbinə Əhməd qızı Muxtarovanın 5706.01 – Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Professor Əlövsət Abdullayevin tədqiqatlarında Azərbaycan dili məsələləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müdafiə SDU-nun əsas tədris korpusunda Dayanaqlı İnkişaf Mərkəzində keçiriləcəkdir.