Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | 2025/2026-cı tədris ilində Sumqayıt Dövlət Universitetinə təkrar ali təhsilə qəbul
Yerləşdirilmə tarixi : 27 May 2025 16:15
2025/2026-cı tədris ilində Sumqayıt Dövlət Universitetinə təkrar ali təhsilə qəbul

Sumqayıt Dövlət Universitetində 2025/2026-cı tədris ilində aşağıda qeyd olunan ixtisaslara (Azərbaycan bölməsi üzrə) ödənişli əsaslarla əyani və qiyabi təhsil formaları üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu başlanır. Təkrar ali təhsilə qəbul “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədlərin verilməsi QAYDASI” ilə həyata keçirilir. SDU-da təkrar ali təhsilə sənəd qəbulu 26 may 2025-ci il tarixdən elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsi ilə elektron qaydada təqdim edir. Sənədlər müvafiq tələblərə cavab verdikləri halda namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibələrin SDU-nun birinci tədris korpusunda 09.07.2025-ci il və 04.09.2025-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulub.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra SDU-da təkrar ali təhsil ala bilərlər.

PLAN CƏDVƏLİ

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az