Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Elan 12.03
Yerləşdirilmə tarixi : 12 Mart 2025 17:41
Elan 12.03
15-16 may 2025-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində “Magistrantların XXV Respublika Elmi Konfransı” keçiriləcək.

Konfransda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistrantları tərəfindən əldə olunan elmi-tədqiqat nəticələrinin müzakirəsi və bununla bağlı geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Konfransa təqdim edilən tezisləri təbiət və texnika, sosial və humanitar elmləri istiqamətləri üzrə qəbul olunur. Təqdim olunan tezislərdə aparılmış tədqiqatın nəticələri dəqiq göstərilməli və tətbiq sahələrinə dair təkliflər qeyd olunmalıdır. Əsaslandırılmış mühüm nəticə və təklifləri olan tezislərə üstünlük veriləcəkdir.
Konfransın işçi dilləri: azərbaycan, ingilis, rus.
Konfransın formatı: əyani, onlayn və ya hibrid - əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Düstur – Microsoft Equation, ChemDraw
Sətirarası interval – 1 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı – ortadan, kursivlə, qalın şriftlə
Təhsil müəssisəsi, şəhər – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Bölmənin adı – tezisin mətninin sonunda, solda
Açar sözlər (5–7 söz) – Azərbaycan, ingilis və rus dillərində
Xülasə (60–80 söz) – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 2 səhifəyə qədər
Ədəbiyyata istinadlar – kvadrat mötərizədə
 
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line). Materiallar 05 aprel 2025-ci il tarixinədək magistratura.konfrans@sdu.edu.az elektron poçtuna qəbul olunur.
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.
Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Əlaqə telefonları: 018 642-12-63; 018 642- 15-06 (119)

Təşkilat komitəsi
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az