Elan 14.02
17 mart 2025-ci il saat 11:00-da Sumqayıt Dövlət Universiteti nəzdində FD 2.24 Dissertasiya Şurasında iddiaçı – Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının sabiq doktorantı Leyla Tofiq qızı İbrahimovanın 5706.01 – Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Səməd Vurğunun əsərlərində paremioloji vahidlərin üslubi-linqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müdafiə SDU-nun əsas tədris korpusunda 203 saylı auditoriyada keçiriləcəkdir.