Elan 28.01
28 fevral 2025-ci il saat 11:00-da Sumqayıt Dövlət Universiteti nəzdində FD 2.24 Dissertasiya Şurasında iddiaçı – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının sabiq doktorantı Hümbət Məmməd oğlu Məmmədovun 5706.01 – Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qarabağ şivələrinin leksikası” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir. Müdafiə SDU-nun əsas tədris korpusunda 203 saylı auditoriyada keçiriləcəkdir.