Elan 10.12
10 yanvar 2025-ci il saat 12:00-da Sumqayıt Dövlət Universiteti nəzdində FD 2.24 Dissertasiya Şurasında iddiaçı – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin sabiq doktorantı Könül Rəşid qızı Sadıqovanın 5706.01 – Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan dilinin şimal-qərb bölgəsi şivələrinin leksik-semantik xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiə SDU-nun əsas tədris korpusunda 203 saylı auditoriyada keçiriləcəkdir.