Elan 10.12
10 yanvar 2025-ci il saat 14:00-da Sumqayıt Dövlət Universiteti nəzdində FD 2.24 Dissertasiya Şurasında iddiaçı – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının sabiq doktorantı Könül Təvəkkül qızı Abdullayevanın 5706.01 – Azərbaycan dili ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində leksik-semantik zənginləşməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Müdafiə SDU-nun əsas tədris korpusunda 203 saylı auditoriyada keçiriləcəkdir.