Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

2024/2025-ci tədris ilində Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin nəzərinə!
Magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat 2024-cü il 09 iyul saat 11.00-dan 18 iyul saat 18.00-dək davam edəcəkdir.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsi;
2. Bakalavr diplomu və diploma əlavə;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Ödənişli əsaslarla qəbul olanların ödəniş qəbzinin surəti (Təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəyə bilərsiniz. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödənişi icra edə bilərsiniz);
6. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

Elektron qaydada qeydiyyatdan keçdikdən sonra göstərilən sənədlər ipli qovluqda 15 sentyabr 2024-cü il tarixindən etibarən (şənbə və bazar günləri istisna olmaqla) SDU-nun Magistratura, doktorantura və elm şöbəsinə (Əsas bina, II mərtəbə, 243№-li otaq, saat 10:00-dan 16:00-dək) təqdim edilməlidir.
Sənədləri qaydalara uyğun olmayan bakalavrların magistraturaya qəbulundan imtina ediləcək.
Əlaqə telefonu: 018 642 12 63 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az